Xəbərlər

Qutsal “Bəşərilik” Bayramının
Gediş Yazısı

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 Qutsal “Bəşərilik” Bayramının
Gediş Yazısı

  • Gün: 12 Sərt Ayı, 44-cü il.
  • Başlanır: 14:00

Bayramın hazırlıq işlərinə təşkilatca sorumlu Nurtəkin, Göytəkin Atalılardır.
Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir.

  • “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göytəkin,
  • “Ataya Günorta Ricası”nı – İnamlı,
  • “Ruh üstə” içsəsini Nurtəkin deyir.

                      Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir.

Bayram qonuları:

  • Bəşəri yaşadan – İnsani dəyərlərin qorunmasıdır.
  • Bəşəriliyə yetmək – Bəşərin haqqıdır!

“Bəşərilik Şərqisi”ni – Göylü,

“Bəşərilik üstə Mütləqlə Təması” –  Bilən deyir.

Ocaq Yükümlüsü Ata hökmünü çatdırır: “Bəşərləşin  –  Bəşərləşdirin!”

Hamı: “Bəşərə and olsun, Bəşəriliyə qulluq edəcəyəm!” deyir.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə Bayram sona çatır.

                                                                           Car:

Bəşəriliyə yetmək – Bəşərin haqqıdır!

  Gediş yazısını yazdı: Nurtəkin Atalı.

5 Sərt Ayı,  44-cü il. Atakənd.

 Qəbul olunur!

 Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

7 Sərt Ayı, 44-cü il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir