Xəbərlər

Qutsal “Bəşərilik” Bayramının Gediş yazısı

Bəşərilik BayramıAsif Atanınİnam Atanın
Mütləqə İnam Ocağı

Ata-Ocaq İlsırasının 37-ci ili
Qutsal “Bəşərilik” Bayramının
GEDİŞ YAZISI

Yer: İnam Evi (İçərişəhər);
Gün: 12 Sərt Ayı, Murad Günü;
Başlanır: saat 15.00.

İnam Evi Ocaq Ruhunda hazırlanır. Təşkilatca hazırlığa Göylü və Üstün Atalılar sorumludur.
Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı, sonra isə 6 ideyanı əks etdirən 6 işıq gətirilir.

 

Hamı: “Ata Ruhuna pənah gətirmişik!” deyir.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,

“Ataya Günorta Ricası”nı – Güntay,

“Ruh Üstə”ni  – Üstün deyir.

 

Ocaq Yükümlüsü Soylu Atalının Bayram sözü dinlənilir.

 

Bayramın törən qonuları:

      Bəşərin bugünü ilə sabahı arasındakı yol – Adamlıqdan İnsanlığa qədər olan yoldur.

Bəşər zənginliyi – İnsan özünəxaslığı, Millətlər özünəxaslığıdır.

 

Bayram iştirakçıları qonularla bağlı söz deyirlər.

İzharlar arası musiqi səsləndirilir.

Çıxışların sonunda Bayram hədiyyəsi sunulur.

“Bəşərilik Şərqisi”ni  –  Üstün, “Bəşərilik Bayramı üstə Mütləqlə Təmas”ı  –  Güntay deyir.

Ocaq Yükümlüsü Ata hökmünü çatdırır: “Bəşərləşin  –  Bəşərləşdirin!”

Ocaqçılar bir səslə “Bəşərə and olsun, Bəşəriliyə qulluq edəcəyəm!” deyib Bayrağı öpürlər.

 

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Bayram sona çatır.

Törənin sonunda çay süfrəsi açılır və ümumi anlam üstə doğmalaşma söhbətləri ilə başa çatır.

 

CARLAR:

  • Ata Yolu – Bəşərin gələcəyini quran Yol!
  • Millətimlə birliyim Bəşərlə birliyimi yetirir!
  • Bəşəri birliyi Xalqların bağımsızlığı yaradır!

 

Gediş yazısını  yazdı: Nurtəkin Atalı
6 Sərt Ayı, 37-ci il. Atakənd.

 

 

Qəbul olunur.

 

Soylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

 

6 Sərt Ayı, 37-ci il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir