Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 38-ci ili
Qutsal “Bəşərilik” Bayramının
Gediş yazısı
Yer: İnam Evi;
Gün: 11 Sərt Ayı, İnam Günü;
Başlanır: saat 15:00
- Bayramın təşkilatca hazırlıq işlərinə sorumlu Göylü Atalıdır.
- Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı gətirilir.
- Məşəllər yandırılır və qutsal söz söylənilir.
Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,“Ataya Günorta Ricası”nı – Göylü,
“Ruh üstə” içsəsini Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir.
Bayram qonuları:
1) Xalqın bəşər olması İnsanın bəşərdə yerini bildirir.
2) Xalqların bəşərə çevrilməsi üçün ruhaniyyatçılıq həqiqi anlamda təsdiq olmalıdır.
- Bayrama Ruhsal hədiyyələr sunulur.
- “Bəşərilik Şərqisi”ni – Üstün, “Bəşərilik üstə Mütləqlə Təması” – Nurtəkin deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Bayram sona çatır.
Carlar:
- Xalqçılıq Yolum – Bəşər olmaq həqiqətim!
- Bəşər ruhu – Mütləqə İnamda gerilikdən qurtula bilər!
Gediş Yazısını yazdı: Üstün Atalı
5 Sərt Ayı, Arzu Günü, 38-ci il. Saray-Soylu.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
6 Sərt Ayı, 38-ci il.
Saray-Soylu.