Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal “Bəşərilik” Bayramının
Gediş Yazısı
- Yer: Qaraçuxur qəsəbəsi;
- Gün: 12 Sərt Ayı, 40-cı il.
- Başlanır: 15:00
Bayramın hazırlıq işlərinə təşkilatca sorumlu Nurtəkin Atalıdır.
Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı gətirilir.
Məşəllər yandırılır, qutsal söz söylənilir.
- Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması” nı – Güntay,
- “Ataya Günorta Ricası”nı – Türkel,
- “Ruh üstə” içsəsini Nurtəkin deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir.
- Bayram qonusu: İnsanın aqibəti İnsanilik, Millilik, Bəşərilik üstə köklənməli, qurulmalıdır.
Bayrama Ruhsal hədiyyələr sunulur.
- “Bəşərilik Şərqisi”ni – Göylü,
- “Bəşərilik üstə Mütləqlə Təması” – Güntay deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsiylə Bayram sona çatır.
Carlar
- Ata Yolu – İnsanlaşmaq, Millətləşmək, Bəşərləşmək Yolu!
- Bəşər İnsanlaşmaqla bugündən çıxıb sabahını qura biləcək!
Gediş yazısını yazdı: Nurtəkin Atalı.
5 Sərt Ayı, 40-cı il. Atakənd.
Qəbul olunur!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
5 Sərt Ayı, 40-cı il. Saray-Soylu.