Xəbərlər

Qutsal “Evlad Günü “ Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “Evlad Günü “ Törəninin
Gediş Yazısı

Gün: 7 Od Ayı, 46-cı il;
Başlanır: saat 12:00.
Yer: İnamlı Atalının yaşadığı ünvan (Hövsan qəs.)

Törən odası hazırlanır. Təşkilatca sorumlu Nurtəkin, İnamlı Atalılardır.

Hamı: “Evladlığım – Qutsal əməl fərəhim!” – deyir.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – İnamlı,           “Ruh Üstə” içsəsini – Nurtəkin Atalılar deyir.

Ocaq Yükümlüsü Soylu Atalının Sözü dinlənilir.

Törən qonuları:

  • Evladlığım özümü qane edirmi? Evlad hesabatı verilir.
  • Asif Ataya Evlad olmağın xoşbəxtliyini izhar səviyyəsində bəyan etmək.
  • Nurtəkin Atalı haqqında Ocaqçıların düşüncələri dinlənilir.

Törənə ruhsal hədiyyələr sunulur.

Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə Ocaqçılara qaytarır.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə törən başa çatır.

Gün`ün Carı:

Ən yüksək adım – Ata Evladı!

Gediş Yazısını yazdı: Günev Atalı.
2 Od Ayı, 46-cı il. Atakənd.

Qəbul olunur.

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

2 Od Ayı, 46-cı il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir