Xəbərlər

Qutsal “Evlad Günü” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 Ata-Ocaq İlsırasının 39-cu ili
Qutsal “Evlad Günü” Törəninin
GEDİŞ YAZISI

Gün: 7 Od Ayı;
Yer: Nurtəkinin evi (Bakıxanov qəsəbəsi);
Başlanır: saat 14.00

  • Törən odası hazırlanır: Gül-çiçək, çəkiliş üçün gərəkən araclar. Sorumlu Nurtəkin, Güntay Atalılardır.
  • Mütləqə İnam Bayrağı gətirilir.
  • “Ata Harayları” səsləndirilir.

 

  • Hamı: “Ata İnamı ilə Var oldum – ucaldım!”– deyir.
  • “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Türkel,
  • “Ataya Günorta Ricası”nı – Göylü,
  • “Ruh Üstə” izharını – Üstün söyləyir.

Ocaq Yükümlüsü Soylu Atalının Törənə giriş sözü dinlənilir.

Törən qonuları:

  1. “Dünənim necə idi, bu günüm necədir, sabahım necə olma­lıdır” – Evlad hesabatı verilir.
  2. Ruhsal Döyüşkənlik ləyaqətimi necə yetirirəm?!
  • Mərasimə Ruhsal hədiyyələr sunulur.
  • Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə Ocaqçılara qaytarır.
  • “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatır.

                                  CARLAR:

  • Ata İnamı ilə Var oldum – ucaldım!
  • Ruhsal yolçuluq aqibəti yaşamaq – ölməzliyə yetməkdir!

 

 Gediş yazısını yazdı: Nurtəkin Atalı
30 İşıq Ayı, 39-cu il. Atakənd.

 Qəbul olunur.

Ocaq Yükümlüsü Soylu Atalı

30 İşıq Ayı, 39-cu il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir