Xəbərlər

Qutsal “Evlad Günü” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 Ata-Ocaq İlsırasının 40-cı ili

Qutsal “Evlad Günü” Törəninin
GEDİŞ YAZISI

Gün: 7 Od Ayı;
Yer: Soylu Atalının evi (Saray-Soylu qəsəbəsi);
Başlanır: saat 14.00

  • Törən odası hazırlanır: Gül-çiçək, çəkiliş üçün gərəkən araclar. Sorumlu Türkel Atalıdır.
  • Mütləqə İnam Bayrağı gətirilir. “Ata Harayları” səsləndirilir.

Hamı: “Ruhsal Evladlıq Yolum – Ağgünlülüyüm!”– deyir.

  • “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Türkel, “Ataya Günorta Ricası”nı – Göntay, “Ruh Üstə” izharını – Nurtəkin söyləyir.

Ocaq Yükümlüsü Soylu Atalının Törənə giriş sözü dinlənilir.

Törən qonuları:

  1. Ruhsal Evladlaşma yolum varlığımı dərketmə yönümdür.
  2. Ocaqçılığın önəmini tanıtma baxımından aktivliyi necə artırmalı?!
  • Törənə Ruhsal hədiyyələr sunulur.
  • Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə Ocaqçılara qaytarır.
  • “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatır.

                                        CARLAR:

  • Ruhsal Evladlıq Yolum – Ağgünlülüyümdür!
  • Evladlaşmam – Dünyanı dərketmə yönüm!

 Gediş yazısını yazdı: Türkel Atalı
04 Od Ayı, 40 -cı il. Saray-Soylu.

 Qəbul olunur.
Ocaq Yükümlüsü Soylu Atalı

04 Od Ayı, 40 -cı il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir