Xəbərlər

Qutsal “Evlad Günü “ Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “Evlad Günü “ Törəninin
Gediş Yazısı

Gün: 7 Od Ayı, 45-ci il;
Başlanır: saat 14:00.
Yer: İnamlı Atalının yaşadığı ünvan (Hövsan qəs.)

Törən odası hazırlanır. Təşkilatca sorumlu Nurtəkin, İnamlı Atalılar.

Hamı: “Evladlıq – Qutsal Yolçuluq!” – deyir.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – İnamlı,           “Ruh Üstə” içsəsini – Nurtəkin Atalılar deyir.

Ocaq Yükümlüsü Soylu Atalının Sözü dinlənilir.

Törən qonuları:

  • Kim idim, kim olmuşam? Evlad hesabatı verilir.
  • Ruhsal yaradıcılıq – Gerçəkliyi ötmək qətiyyəti.
  • Soylu Atalı haqqında Ocaqçıların düşüncələri dinlənilir.

Törənə ruhsal hədiyyələr sunulur.

Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə Ocaqçılara qaytarır.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə törən başa çatır.

Gün`ün Carı:

Evladlıq – Qutsal Yolçuluq!

Gediş Yazısını yazdı: Nurtəkin Atalı.
2 Od Ayı, 45-ci il. Atakənd.

Qəbul olunur.

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

2 Od Ayı, 45-ci il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir