Xəbərlər

Qutsal İdrak Günü Mərasiminin Gediş Yazısı

Sefer Gunu merasimiAsif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

Ata-Ocaq İlsırasının 38-ci ili
Qutsal İdrak Günü Mərasiminin
Gediş Yazısı

 Gün: 25 Çiçək Ayı, Arzu Günü;
Yer: İnam Evi;
Çağ: saat 14.00

Mərasim Odasında yır-yığış edilib hazırlıq görülür: carlar asılır, stol üstə gül-çiçək, yazı (qeydlər) üçün kağız-qələm, “Gediş yazısı”nın çap olunmuş sayları yer-qoy edilir. Görüntü və foto aparatları qoşulub hazırlanır.
Mərasimin başlanmasına 5 dəqiqə qalmış Bayraq gətirilir və “Ata Harayları”  səsləndirilir – hamı səcdə duruşunda. Bütün bu işlərə sorumlu Nurtəkin Atalı.

  • Atanı qarşılama sözünün yerinə: “Atanın ruhsal sözünü dərk edək – İdraklansın İnsanlıq!” –
  • “Təbiətdəki Mütləqlə Gündüz Təması” və “Ataya Günorta Ricası” söylənilir – Göylü, Türkel.
    “Ruh Üstə”ni – Üstün deyir.

Ocaq Yükümlüsünün Mərasimə sözü.

Mərasim qonusu: – Millət nədir və milli şüur Ocaq baxışında nə deməkdir?

  • Ocaqçıları düşündürən sorular verilir və cavablandırılır.
  • Mərasimə ruhsal hədiyyələr sunulur.
  • “Evladlıq Nişanələri”ni Ocaq Yükümlüsü Atanın Adından, Yol sözü ilə, Ocaqçılara qaytarır.

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Mərasim başa çatır.

 

CARLAR:
Atanın ruhsal sözünü dərk edək idraklansın İnsanlıq!
Ruhsal İdrak gəlişməlidir ki, Yaşam öz anlamına tən olsun!

 

 

Gedişi yazdı: Soylu Atalı

19 Çiçək Ayı, 38-ci il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir