Xəbərlər

Qutsal “İnam Evi Günü” Mərasiminin Gedişatı

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 Ata – Ocaq ilsırasının 36-ili
Qutsal “İnam Evi Günü” Mərasiminin
Gedişatı

Yer: İnam Evi (İçərişəhər);
Gün: 13 Yağış Ayı;
Başlanır: Saat 14:00.

  • Oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilati işlərə Ulusəs və Üstün Atalılar sorumludur. Mərasim öncəsi “Ata Harayları” səsləndirilir.
  • Hamı: “İnam Evim – bəşərin insanlaşma, özümləşmə ünvanı” deyir.
  • “Ataya Günorta Ricası”nı – Türkel,  “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – İnamlı,  “Ruh Üstə” içsəsini isə Üstün Atalılar deyir.

Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü dinlənilir

 

Mərasim qonuları:

1)      Türk Ulusunun bütövləşməsi məsələsində İnam Evinin rolu – Ocaqçılar və Ocaqdostlarının şərhində.

2)      “İnam Evinə gəldim – Ruhani bəxtiyarlığa ucaldım”  dediyimdə fərd olaraq hansı duyğularım oyanır?

3)      İnam Evi daşıdığı Ruhani anlama görə çağımızadək yaranmış ruhani evlərin ən alisidir.  Bunu əsaslandırmalı.

Törən üçün ruhani hədiyyələr təqdim olunur.

 

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən başa çatır.

 

Carlar:

  • Atanın İnam Evi – Xalqının güvənc yeri!
  • İnam Evim – bəşərin insanlaşma, özümləşmə ünvanı!
  • İnam Evi olan xalqın bəşər olması ali həqiqətdir!

                                                       Gedişatı yazdı: İnamlı Atalı.

                                                28 Xəzan Ayı, Ümid Günü, 36-cı il. Atakənd.
(oktyabr, 2014. Bakı.)

Qəbul olunur.

Soylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

 

1 Yağış Ayı, 36-cı il. Saray-Soylu.

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir