Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata – Ocaq ilsırasının 38-ci ili
Qutsal “İnam Evi Günü” Törəninin
Gediş Yazısı
Yer: İnam Evi (İçərişəhər);
Gün: 12 Yağış Ayı;
Başlanır: Saat 15:00.
- Oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Göylü və Üstün Atalılardır.
- Hamı: “İnam Evim – İnsanlaşma ünvanım!” deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü, “Ataya Günorta Ricası”nı – Günev, “Ruh üstə” içsözünü isə Üstün Atalılar deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Törənə sözü dinlənilir
Törən qonuları:
- İnam Evinin varlığı – milli kimliyin təsdiqidir.
- İnam Evim – yönüm, yolum, Gəlişim!
Törənə ruhsal hədiyyələr sunulur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən başa çatır.
Carlar:
- Ata Yolu – İnsanlaşma sabahı!
- İnam Evim – İnsanlaşma ünvanım!
Gediş Yazısını yazdı: Nurtəkin Atalı.
8 Yağış Ayı, 38-ci il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
8 Yağış Ayı, 38-ci il. Saray-Soylu.