Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 43-cü ili
Qutsal “İnam Evi Günü” Törəninin
Gediş yazısı
Yer: Beyləqan, İnam Evi;
Gün: 13 Yağış Ayı, Murad Günü;
Başlanır: 13:00
Təşkilatca sorumlu Günev Atalıdır. Həyətdə 6 ideyanın simgəsi olaraq 6 tonqal qalanır.
Hamı: “İnam Evi – İnamlaşan Gələcəyimiz!” deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev Atalı,
“Ataya Günorta Ricası”nı Göylü Atalı deyir.
“Çağırış” içsəsini Soylu Atalı deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Törənə sözü dinlənilir.
Törən qonuları:
- İnam Evi – Dəyərlərin ölümsüzləşdiyi ünvan!
- İnam Evi – Ruhsal Birlik!
Törəndə ruhsal bağışlanmalar sunulur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”
“Atamız Var olsun!” səcdəsiylə Törən başa çatır.
Carlar:
- İnam Evi – İnamlaşan Gələcəyimiz!
Gediş yazısını yazdı: Nurtəkin Atalı
10 Yağış Ayı, 43-cü il. Atakənd.
Qəbul olunur!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
10 Yağış Ayı, 43-cü il. Saray-S.