Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 41-ci ili
Qutsal “İnam Evi Günü” Törəninin
Gediş yazısı
Yer: Qaraçuxur qəsəbəsi (Nurtəkin Atalının evi);
Gün: 13 Yağış Ayı, Dözüm Günü;
Başlanır: 14:00
Oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Nurtəkin Atalıdır.
Hamı: “İnam Evi – İnsanlığın qutsal ünvanı!” deyir.
“Ruh Üstə” İçsəsini Nurtəkin Atalı deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Törənə sözü dinlənilir.
Törən qonuları:
- Ocağa Evlad qəbulu.
- İnam Evi xalqın milli-mənəvi varlığının yaşadıldığı ünvan.
Törənə ruhsal hədiyyələr sunulur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”
“Atamız Var olsun!” səcdəsiylə Törən başa çatır.
Carlar:
- İnam Evi – İnsanlığın qutsal ünvanı!
- İnam Evi – milli kimliyimizə, var oluşumuza işıq tutan ünvandır!
Gediş yazısını yazdı: Türkel Atalı
9 Yağış Ayı, Murad Günü, 41-ci il. Saray-Soylu.
Qəbul olunur.
Soylu Atalı Mütləqə İnam Ocağının Yükümlüsü.
9 Yağış Ayı, 41-ci il. Saray-S.