Xəbərlər

Qutsal “İnsanilik” Bayramının Gediş Yazısı

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

Qutsal “İnsanilik” Bayramının
GEDİŞ YAZISI

İlsıra: 15 Günəş Ayı, 39-cu il;
Yer: Nurtəkin Atalının evi (Bakıxanov qəsəbəsi);
Çağ: saat 15.00

Oda Ocaq Ruhunda hazırlanır. Təşkilatca sorumlu Güntay və Üstün Atalılardır.
İnam Bayrağı gətirilir. Günev Atalı 6 ideyanı göstərən 6 simgəsəl məşəllə odaya girərək, Bayram üstə söz söyləyir.
Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Ötgün,
“Ataya Günorta Ricası”nı – Ulunur deyir.

 Ocaq Yükümlüsü Soylu Atalının Bayram Sözü dinlənilir.

Bayram Qonuları:
1. İnsanlaşma – millətlərin, bəşərin qurtuluş yoludur.
2. Özüylədöyüş – Mütləq tələblər əsasında qurulma, İnsanlığa yetməkdir. (Qonulara hər kəs söz deyə bilər).

  • Çıxışlar arası saz havaları dinlənir.
  • Bayram üstə ruhsal bağışlanmalar Ocağa sunulur.
  • “İnsanilik Şərqisi”ni – Üstün, “İnsanilik Bayramı üstə Mütləqlə Təmas”ı – Günev söyləyir.
  • Ocaq Yükümlüsü Ata Hökmünü çatdırır: “İnsanlaşın, İnsanlaşdırın!”
    Hamı: “İnsana and olsun, İnsaniliyə qulluq edəcəyəm!” – deyir.

Bayram “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə başa çatır.
Sonda çay süfrəsində doğmalaşma söhbətləri aparılır.

CARLAR:

  • Ata İnamı – Həqiqətə inandıran, Həqiqəti yaşadan Yol!
  • Dünyanın sabahı İnsanlaşmada qurulur!

Gediş Yazısını yazdı: Nurtəkin Atalı
5 Günəş Ayı, 39-cu il. Atakənd.

Qəbul olunur.

 Ocaq Yükümlüsü Soylu Atalı
 5 Günəş Ayı, 39-cu il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir