Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 45-ci ili
Qutsal “İnsanilik” Bayramının
Gediş Yazısı
Yer: Qaraçuxur (Nurtəkinin evi);
İlsıra: 15 Günəş Ayı;
Çağ: 15:00
Hazırlığa sorumlu Göytəkin, Nurtəkin Atalılardır.
Ocaq quralları yerinə yetirilir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayram Sözü dinlənilir.
Bayram Qonusu:
- Yad ideologiyaların, quruluşların etkisi altında özgürlüyünü itirən insanın çıxış yolu
- İnsanlığın gəlişməsində milli şüurun rolu
Bayram üstə ruhsal bağışlanmalar Ocağa sunulur.
“İnsanilik Şərqisi”ni – Günev, “İnsanilik Bayramı üstə Mütləqlə Təmas”ı – İnamlı söyləyir.
Ocaq Yükümlüsü Ata Hökmünü çatdırır: “İnsanlaşın, İnsanlaşdırın!”
Hamı: “İnsana and olsun, İnsaniliyə qulluq edəcəyəm!” – deyir.
Bayram “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə başa çatır.
Gün`ün Carı:
İnsanlaşma – Bəşərin qurtuluş yoludur.
Gediş Yazısını yazdı: Göytəkin Atalı
8 Günəş Ayı, 45-ci il. Göyçay.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
8 Günəş Ayı, 45-ci il. Saray-Soylu.