Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 37-ci ili
Qutsal “İnsanilik” Bayramının
GEDİŞATI
Gün: 14 Günəş Ayı; Yer: İnam Evi; Başlanır: saat 15.00
İnam Evi Ocaq Ruhunda hazırlanır. Təşkilatca işlərə Göylü Atalı və İnam Evinin Odqoruyanı Ulusəs Atalı sorumludur.
İnam Bayrağı gətirilir. Güntay Atalı 6 ideyanı əks etdirən 6 məşəllə odaya daxil olaraq Bayram üstə söz söyləyir.
Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Türkel,
“Ataya Günorta Ricası”nı – Göylü deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayram Sözü dinlənilir.
Bayram Qonuları:
- “İnsanilik” Bayramı – millətdən başlayan bəşər yönüdür – Ulusəs, Göylü;
- İnsanlaşma – insanın həqiqət və ədalət əsasında yaşamasının yoludur – Nurtəkin, Üstün, Ulunur;
- İnsanlaşmanın Tələbi Özüylədöyüşdür – İnsanı ruhani azadlığa yetirən –Türkel, Güntay, Yasin.
(Qonulara hər kəs münasibət bildirə bilər)
İzharlar arası saz və ya muğam səslənir.
Bayram üstə ruhani hədiyyələr Ocağa təqdim olunur.
“İnsanilik Şərqisi”ni – Üstün,
“İnsanilik Bayramı üstə Mütləqlə Təmas”ı – Güntay söyləyir.
Ocaq Yükümlüsü Ata Hökmünü çatdırır: “İnsanlaşın, İnsanlaşdırın!”
Hamı: “İnsana and olsun, İnsaniliyə qulluq edəcəyəm!” – deyir.
Bayram “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə başa çatır.
Sonda çay süfrəsində doğmalaşma söhbətləri aparılır.
CARLAR:
Asif Ata İnamı – Bəşərin İnsanlaşma Yolu!
“İnsanilik” Bayramı – ömürlərin işıqlanmaq fərəhi!
Gedişatı yazdı: Nurtəkin Atalı
5 Günəş Ayı, 37-ci il. Atakənd.
Qəbulolunur.
Ocaq Yükümlüsü Soylu Atalı
Günəş Ayı, 37-il. Saray-Soylu.