Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 39-cu ili
Qutsal “Ruhani İdrak Günü” Törəninin
GEDİŞ YAZISI
Gün: 25 Çiçək Ayı, Ümid günü;
Yer: Nurtəkinin evi (Bakıxanov qəsəbəsi);
Başlanır: saat 14.00.
- Törən Odası Ocağın ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Nurtəkinlə Güntay Atalılardır.
- Törən “Ata Harayları” ilə başlanır.
- Hamı: “Ata Yollu – Amal sevdalıyıq!”
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Güntay,
- “Ataya Günorta Ricası”nı – Nurtəkin,
- “Ruh Üstə” içsözünü – Üstün söyləyir.
Ocaq Yükümlüsü Soylu Atalının Törən sözü dinlənilir.
Törən qonusu: Ruhsal İdrak – Yolu dərk etmək qüdrəti yetirir.
- Ocaqçıları düşündürən sorular verilir, cavablandırılır.
- Törənə ruhsal hədiyyələr sunulur.
- “Evladlıq Nişanələri”ni Ocaq Yükümlüsü Atanın Adından, Yol sözü ilə, Ocaqçılara qaytarır.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatır.
CARLAR:
Ata Yollu – Amal sevdalıyıq!
İnamla yaşamaq – İnsanı Yüksək həyata yetirən olanaqdır!
Gediş Yazısını yazdı: Nurtəkin Atalı
17 Çiçək Ayı, 39-cu il. Atakənd.
Qəbul olunur.
Mütləqə İnam Ocağının Yükümlüsü
Soylu Atalı
17 Çiçək Ayı, 39-cu il. Atakənd.