Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 40-cı ili
Qutsal “Ruhani İdrak Günü” Törəninin
GEDİŞ YAZISI
Gün: 25 Çiçək Ayı, Dözüm günü;
Yer: Nurtəkinin evi (Qaraçuxur qəsəbəsi);
Başlanır: saat 14.00.
- Törən Odası Ocağın ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Nurtəkinlə Güntay Atalılardır.
- Törən “Ata Harayları” ilə başlanır.
- Hamı: “Atalıyıq – Amallıyıq – Fərəhliyik!”
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü,
- “Ataya Günorta Ricası”nı – Güntay,
- “Ruh Üstə” içsözünü – Nurtəkin söyləyir.
Ocaq Yükümlüsü Soylu Atalının Törən sözü dinlənilir.
Törən qonusu: Ruhsallıq – Mütləqə qovuşduran aqibətdir.
- Ocaqçıları düşündürən sorular verilir, cavablandırılır.
- Törənə ruhsal hədiyyələr sunulur.
- “Evladlıq Nişanələri”ni Ocaq Yükümlüsü Atanın Adından, Yol sözü ilə, Ocaqçılara qaytarır.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatır.
CARLAR:
- Atalıyıq – Amallıyıq – Fərəhliyik!
- Ata İnamına qovuşmaq – Sabahı görmək, Sabahı öz ömründə yetirməkdir.
Gediş Yazısını yazdı: Nurtəkin Atalı
22 Çiçək Ayı, 40-cı il. Atakənd.
Qəbul olunur.
Mütləqə İnam Ocağının Yükümlüsü
Soylu Atalı
22 Çiçək Ayı, 40-cı il. Atakənd.