Xəbərlər

Qutsal “Ruhani İdrak Günü” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 46-cı ili
Qutsal “Ruhani İdrak Günü” Törəninin
Gediş Yazısı

Gün: 25 Çiçək Ayı;
Başlanır: 14:00.

Təşkilatca sorumlu  Nurtəkin, Göytəkin Atalılardır.

Hamı: “Ata İnamına qovuşmaq – Sabaha İdraklı addımlamaq!”

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü, “Ataya Günorta Ricası”nı – İnamlı, “Ruh Üstə” içsözünü – Nurtəkin söyləyir.

                            Ocaq Yükümlüsü Soylu Atalının Törən sözü dinlənilir.

 Törən qonuları:

  • Ruhsallıq – Özünüdərkə qovuşduran aqibətdir.
  • Həqiqəti dərkdən doğan fərəhim.

Ocaqçıları düşündürən sorular verilir, cavablandırılır.

Törənə ruhsal hədiyyələr sunulur.

“Evladlıq Nişanələri”ni Ocaq Yükümlüsü Yol sözü ilə Ocaqçılara qaytarır.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatır.

                                                          Carlar:

Ata İnamına qovuşmaq – Sabaha İdraklı addımlamaq.
Həqiqət – İdrak ölçüsü.

Gediş Yazısını yazdı: Göytəkin Atalı.
19 Çiçək  Ayı, 46-cı il. Göyçay.

 Qəbul olunur.

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
19 Çiçək Ayı, 46-cı il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir