Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 39-cu ili
Qutsal “Ruhani Səfər Günü” Törəninin
GEDİŞ YAZISI
Gün: 27 Sərt Ayı, Dözüm Günü;
Yer: Soylu Atalının evi (Saray-Soylu);
Başlanır: saat 14.00.
Törən keçiriləcək Oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Türkel Atalıdır.
Mütləqə İnam Bayrağı gətirilir – hamı səcdə duruşunda.
Törənin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir.
Hamı: “Ata sözlü “Səfər Günüm”, Xalq yaratsın dalğaların!” deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Güntay,
- “Ataya Günorta Ricası”nı – Ulunur,
- “Ruh Üstə” içsözünü – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Törən Sözü dinlənilir.
Törən Qonuları:
- Ruhsal səfərlərin çətinliklərini yaradan nədənlər hansılardır, bu çətinliklərdən necə çıxmalıyam?
- Atanın çağındakı səfərlərlə indiki çağdakı səfərlərimizin bağlılığını aydınlatmalı.
Törəndə Ruhsal hədiyyələr verilir.
Evladlıq Nişanələrini Oacq Yükümlüsü Yol sözü ilə sunur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən başa çatır.
CARLAR:
- Ata sözlü, Ata yönlü səfərlərimiz – Xalqlaşdırsın ömrümüzü!
- Evlad hünəri gərək – Ruhsal səfərlərlə Xalqa Ata sorağını çatdıran!
Gediş yazısını yazdı: Güntay Atalı
18 Sərt Ayı, 39-cu il. Atakənd.
Qəbul olunur.
Ocaq Yükümlüsü Soylu Atalı
18 Sərt, 39-cu il. Saray-Soylu.