Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “Ruhani Səfər Günü” Törəninin
GEDİŞ YAZISI
Gün: 27 Sərt Ayı, Mərhəm Günü;
Yer: Soylu Atalının evi (Saray-Soylu);
Başlanır: saat 14.00.
- Törən keçiriləcək Oda Ocaq Ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Ulunur Atalıdır.
Mütləqə İnam Bayrağı gətirilir – hamı səcdə duruşunda.
Törənin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir.
- Hamı: “Atalı əməllərimiz İşıq saçsın Yurdumuza!” deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Türkel,
“Ataya Günorta Ricası”nı – Göylü,
“Ruh Üstə” içsözünü – Nurtəkin deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Törən Sözü dinlənilir.
Törən Qonusu:
Ruhsal səfər nə deməkdir? Ocağın qoyduğu tələblərə cavab verə bilirəmmi?
- Törəndə Ruhsal hədiyyələr verilir.
- Evladlıq Nişanələrini Ocaq Yükümlüsü Yol sözü ilə sunur.
- “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən başa çatır.
CARLAR:
- Atalı əməllərimiz İşıq saçsın Yurdumuza!”
- Hünərləşək, Səfərlər yetirək – Ruhumuza, Yurdumuza yiyə duraq!
Gediş Yazısını yazdı: Göylü Atalı
25 Sərt Ayı, 40-cı il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
25 Sərt Ayı, 40-cı il. Saray-S.