Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 46-cı ili
“Ruhsal Səfər Günü” Törəninin
Gediş Yazısı
Gün: 27 Sərt Ayı, 46-cı il;
Başlanır: 14:00.
Yer: Nurtəkin Atalının evi (Qaraçuxur qəsəbəsi).
Ocaq odası hazırlanır. Təşkilatca sorumlular: Nurtəkin, Göytəkin Atalılardır. 6 ideyanın simgəsi 6 şam yandırılır. Hamı: “Ruhsal Səfərim – Quruculuq yolum!” – deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”ını – Günev, “Ataya Günorta Ricası”nı – İnamlı Atalılar deyir.
“Ruh Üstə” içsözünü Nurtəkin Atalı deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Törən sözü dinlənilir.
Törən qonuları:
1. Ocaqçılar – “Səfərlərim, səfər halım, səfərdən bəhrələndiklərim” yönündə düşüncələrini bölüşürlər.
2. Ruhsal səfər gərəkliyi.
Ocaq Yükümlüsü Yol sözü ilə Evladlıq Nişanələrini Ocaqçılara sunur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə törən başa çatır.
Günün Carı:
Ruhsal Səfərim – Quruculuq yolum!
Gediş yazısını yazdı: Nurtəkin Atalı.
21 Sərt Ayı, 46-cı il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
21 Sərt Ayı, 46-cı il. Saray-Soylu.