Xəbərlər

Qutsal “Şərqilik” Bayramının Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 40-cı ili

Qutsal “Şərqilik” Bayramının
Gediş Yazısı

Yer: Qaraçuxur qəsəbəsi (Nurtəkinin evi);
Gün: 12 Ata Ayı, Dözüm Günü;
Başlanır: saat 15.00.

  • Bayramın hazırlıq işlərinə Nurtəkin, Güntay Atalılar sorumludur.
  • “Ata Ruhuna Pənah gətirmişik! Səcdəsi ilə Bayram törəni başlayır.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – Türkel deyir.

Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir.

Bayram qonuları:

  • Doğunun öz mahiyyətinə dönüşü Mütləqə İnam Yolundan keçir.
  • Doğu dəyərləri bəşəri zənginlikdir.
  • Bayrama Ruhsal hədiyyələr sunulur.
  • “Şərqilik Şərqisi”ni – Soylu Atalı, “Şərqilik Bayramı üstə Mütləqlə Təması” – Günev deyir.

Ocaq Yükümlüsü Ata sözünü çatdırır: “Şərqləşin – Şərqləşdirin!”.
Hamı: “Şərqə and olsun, Şərqiliyə qulluq edəcəyəm!” – deyir.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Bayram sona çatır.

                                                 Carlar:

  • Dünyaya Mütləqləşən Doğu ruhu gərək – Dirçələn, Yenilənən!
  • Doğu – Mütləqə İnamla Batıçılıqdan arınmalı, Batı ilə doğmalaşmalıdır!

Gediş yazısını yazdı: Nurtəkin  Atalı
7  Ata Ayı, 40-cı il. Atakənd.

Qəbul olunur.

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

7 Ata Ayı, 40-cı il. Saray-S.

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir