Xəbərlər

Qutsal “Şərqilik” Bayramındakı çıxışlar

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “Şərqilik” Bayramındakı çıxışlar

Ocaq Günsırası ilə 12 Ata Ayı, 39-cu ildə (sentyabr, 2017)  Mütləqə İnam Ocağı Qut­sal “Şərqilik” bayramını həyata keçirdi. Həyətdə ocaq qalandı. Ocaq yörəsində Ocaq Yükümlüsü Soylu Atalı düşüncələrini bölüşdü: Biz ideya, prinsip olaraq (bunu mən hər zaman deyirəm), Azərbaycanın yüz illərdir söndürülmüş ocağını qalayırıq, onu bərpa edirik. Bu onun simgəsidir, onun mahiyyətini daşıyır özündə. Ona görə bizim tədbirlərdə qalanan tonqalların, baxmayaraq, Azərabycan elə tonqallar ölkəsidir (Azərbaycan elə tonqallarla ifadə eləyib ruhsal istəyini), bu ocaq artıq yeni bir aşamadır, yeni bir ifadədir. Bu ifadə Azərbaycanın qədimdən bu yana özündə daşıdığı mahiyyəti bütövləşdirməkdir. Bu ifadə Mütləqə İnam dünyabaxışında yeni aşamaya keçir, yeni səviyyəyə qaldırılır. Biz bunu davamlı olaraq qoruyuruq, yaşadırıq. Nəfəsimizə, ömrümüzə çeviririk. Bu tonqalı sadəcə öz həyətimizdə deyil, həm də ürəyimizdə qalayırıq. Düşüncələrimizdə, beynimizdə qalayırıq. Tonqal öz mənasıyla bizim beynimizi işıqlandırır əslində. Onun anlamı bizim ürəyimizə, düşüncələrimizə yeriyir. Bu istəklə biz, Azərbaycan insanları olaraq, formalaşırıq. Bizim bütün düşüncəmiz Azərbaycan üstədir. Mənim Ocaqdan qıraqda da sayğı duyduğum, ünsiyyətdə olduğum yaxın insanlar var. Bu insanların heysiyyətinə dəymədən, çalışmalarına toxunmadan demək istəyirəm, Azərbaycanda Asif Atanın Ocağındna qıraqda, tam olaraq, Azərbaycan üstə köklənən qüvvə yoxdur. Bunu mən öygü kimi demirəm, bir həqiqət kimi deyirəm. Bunu mən gördüyüm, yaşadığım üçün deyirəm. Ocağın gücünün harda olduğunu da mən deyə bilirəm. Ocağın daşıyıcıları fiziki, say cəhətdən zəifdirlər, ancaq ideya baxımından olduqca güclüdürlər. Asif Atanın ortaya gətirdiyi ideyanın bənzəri yoxdur. O bənzərsizlik bu gün 3-5 adamın arasında dilə gətirilir. İfadəyə gəlir, topluma çıxarılır, sunulur. Yazıya alınır, tarixləşdirilir, gələcəyə örnək, yol olaraq verilir. Ona görə bu tonqalın anlamıyla işıqlanmağımız gərək. Bu tonqalın anlamıyla yenilənməyimiz gərək. Üzümüzü qabağa tutmağımız gərək. Sizi bu tonqal başında qutlayıram. Azərbaycanın mənasına xoş gəlmisiniz deyirəm.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin, “Ataya Günorta Ricası”nı – Günev dedi.

Soylu Atalı sözünü Törən Odasında davam elədi: “Bir neçə söz deyəcəm. Söz həm toplantımızın anlamını ifadə edəcək, həm də istəyirəm söhbəti xəlqilik, milliyyətçilik qonusuyla birləşdirim. Çox önəmlidir. Hər gün bu qonu ilə bağlı düşünürəm. Düşündükcə bu qonunun aktual olduğunu, çox önəmli olduğunu bir daha kəsdirirəm.
Hər zaman olduğu kimi, yenə bir xatırlatma edim. Mən hər kəsi anlayıram, anlamağa qadirəm. Ancaq sizə dediyim kimi, qəbul eləmirəm. İşin insana əngəl olmasını doğru saymıram. Təbii, işsiz keçinmək mümkün deyil. Ancaq bizim atdığımız addım, bütövlükdə, hər gün işlə üz-üzə gəlsə də, konkret olaraq toplantılarımıza qatılmaq, hər gün bizim işimizlə qarşı-qarşıya gəlmir. Yaşamımız işimizlə hər gün qarşı-qarşıya gəlir. Yəni iş bizdən ayrı cür yaşamaq tələb edir, Əqidə Yolu isə bir ayrı cür yaşamaq tələb edir. Ona görə, dediym kimi, işimizlə yaşamımız hər gün üz-üzə gəlir. Ancaq toplantılar isə işlə hər gün üz-üzə gəlmir. Toplantıya qatılmaq önəmlidir. Mən demirəm toplantıya 50 adam qatılsın. Mən deyirəm toplantıya 10 adam qatılsın, ancaq sağlam olaraq qatılsın – doğru olaraq, intizamlı olaraq qatılsın. Çox Ocaqçı yoxdur, çox Ocaqçı bəlkə də heç olmayacaq. Çünkü çox Ocaqçı olmaq nə asan deyil, nə də, bəlkə də, gərək deyil. Gələcəkdə bəlkə gərək olacaq, ancaq indi niyə gərək deyil, bu sözü vurğu edirəm. Ocağın içinin sağlam olmasını qorumaq üçün anarxiya yaradıcı xarakterlərin gəlməsi, yığılması doğru deyil. Hər kəs Asif Atanın ideya, prinsiplərindən öyrənməli, bəhrələnməlidir. Ancaq hər kəs Asif Atanın yoluna düşürəm deyə, nə özünü, nə başqasını aldatmalı deyil. Asif Atanın yoluna düşmək çox ağır bir işdir. Asif Atanın ölümündən üzü bu yana biz Asif Atanın sözünü deyirik, İdeyasının çağırışını edirik. Bu asan bir məsələ deyil.
Günev qardaşımız Beyləqandan gəlib bura. Niyə gəlib? O, gəlməsiylə göstərir, mən bu ideya ilə yaşayıram, bu ideyaya ilə nəfəs alıram. Bu ideya ilə mübarizə aparıram. Gördüyünüz bu qızlar neçə illərdir, davamlı olaraq, yorulmadan, usanmadan Asif Atanın toplantılarının hamısına qatılırlar. Nurtəkin işdən qalıb, Üstün öyrətməndir orta oxulda, Göylü eləcə. Ancaq onlar həmişə işi yoluna qoyub Ocaq tədbirlərinə gəlirlər. Bütün bunları deməkdə istəyim nədir? Bayaq söhbətdə vurğuladım, türkçülər qurultay keçirmək istəyirlər. Bəzi məqamları bir də vurğu edirəm, insan əgər intizama köklənə bilmirsə, dəqiqliyi bacarmırsa, mən onun mübarizəsinə inanmıram. Kim nə deyir desin, dəqiqlik, intizam olmayan yerdə mübarizə baş tutmur. Xarakter formalaşmır. Xarakter dəqiqlik istəyir. Dəqiqilik əsasında formalaşır. Bu da yoxdursa, istəyirsən minlərlə adamı bir araya topla, görəcəksən, 5 aydan sonra hamısı bir-birinə düşməndir, bir-biriylə döyüşürlər. Ona görə sağlam bir ortam yaratmaq gərək. Bu ortam, doğrudan da, dəqiq, intizamlı, fədakar, səmimi bir ortam olsun. Doğruçu ortam olsun. Bu ortamda ayrı əhvallar olmasın. Asif Atanın Ocağı belə bir ortamı yaradıb, bir qom adam olsa da, artıq dönməz bir ortam var. Bundan sonra Azərbaycan toplumu sarsılar, elə bir duruma gələr ki, o, Ocağa Evlad verə bilməz. Ancaq üstündən 100 il, 500 il keçər, Ocağın yaratdığı ortam, Ocağın yaratdığı nizam, yol, ideya, başlıca, önəmli bir örnəyə çevrilə bilər. Necə ki, bu gün əl atanda Nəsimiyə üz tutanlar var, Babəkə üz tutanlar var, onun döyüşünə, mübarizliyinə, qətiyyətinə, örnək olaraq, üz tuturlar. Asif Atanın yaratdığı ortam tarixdən daha sanballı bir ortamdır. Niyə? – Biz Babəki, Nəsimini Azərbaycanın mahiyyətində görsək də, deyirik, nə Babək, nə Nəsimi, nə o biri Azərbaycanın bütöv mahiyyətini ifadə eləmir. Onlar Azərbaycan xalqının içindən çıxmış yenilməz insanlar olsalar da, daşıdıqları ideya, prinsip baxımından bütöv mahiyyətini ifadə eləmrlər. Biz Asif Atanın ideyasını, düşüncəsini bir etalon kimi görürük, qiymətləndiririk. Böyük bir ölçü kimi dəyərləndiririk. Bunu ölçü kimi dəyərləndirəndə biz bəlağətə yol vermirik, idealizə eləmirik. İnsanlarda belə bir şey var, siyasətin tələbiləridir, çox eyforik danışırlar danışanda. Üzr istəyirəm, basıb-bağlamaq ifadəsi var, hamı elə danışır, sanki yalançı nikbinlik yaratmaqla hər şeyi düzəldəcək. Bunu xarizmatik xarakterlərə özgün edirlər, deyirlər, siyasi öndər belə olmalıdır. Sən aldat, ancaq coşğun danış. Eyforiyadır bu, yalançı əhvallar, süni əhvallar, çəpik üçün yaradılan əhvallar. Asif Atanın Ocağı buna yaddır. Yarandığı gündən yaddır. Ona görə deyirəm, Asif Ata öz Ocağını yaradarkən hər cür bəlağəti, eyforiyanı, süni nikbinliyi qırağa qoydu. Çünkü sadaladıqlarımızın içində Azərbaycan yaratmaq mümkün deyil. Tozanağın içində millət yaratmaq mümkün deyil. Millət yolunda tozanaq qoparmaq olmaz.
Bu gün, kimi dindirirsən, hamı Azərabycan toplumu haqqında bədbin danışır. İstər sosial şəbəkələrdə olsun, istər gerçək həyatda. Hər kəsdən eşidirsiniz: “bu millət düzələsi deyil, bu millətin birliyi yoxdur, bu millətin öncəsi də belə olub, gələcəyi də yoxdur. Buna elə bu da azdır”. Hamımızın eşitdiyi bir şeylərdir. Millət haqqında deyilən söz budur. Bunu mübarizə aparan adamlar da deyir, mübarizə aparmayan adamlar da. Nə etməli? Azərbaycan adlanan bir varlıqdan əl çəkməlimi? Əl çəkilsə, nə olar? Əl çəkək, əlimizi-qolumuzu sallayaq, taleyimizimi gözləyək? Bizim sabah aqibətimiz necə olacaq? Bu millətin üzü hara dönəcək? Bu əhvallar təslimçilik əhvallarıdır. Ruhsuzluq əhvalıdır. Bu əhvallarla qabağa getmək mümkün deyil. Bu əhvallarla millət olmaq mümkün deyil. Bəs onda necə olmalıdır? – Bizim toplantımızın mahiyyəti əslində Doğu məsələsidir. Ancaq Doğu məsələsini dilə gətirməzdən öncə mən milli sözü, millilik prinsiplərini dilə gətirirəm. Onun içinə yerləşdirirəm. Niyəsini vurğulamaq istəyirəm. Biz bu gün milət olaraq, çalışqanlar olaraq, mübarizlər, aydınlar, alimlər olaraq, Azərbaycan toplumunun içində kimimiz varsa, hamımız eyni sözləri Doğu haqqında deyirik. Hər kəs Doğuyla Batını bu nöqtədə üz-üzə qoyur, Batıya üstünlük verir. Deyir, Doğu məsələsi düzələn deyil. Doğuya da ərəblərin yaşamından baxırıq, ərəblərin davranışından baxırıq, ərəblərin varlığından, ideya-prinsiplərindən, dinindən baxırıq, deyirik, Doğu düzələn deyil, batıb. Bu gün biz, Atanın Ocağı olaraq, vurğu edirik, Doğu, Batı, hər ikisi, çox böyük xurafatın içində batır. Biri dini xurafatın içində batır, biri elmi xurafatın içində batır. Dini xurafatın içində batmaq daha gülünc görünür adamların özünə. Niyə? Çünkü burada cahillik aşırı dərəcədədir. Cahillik gözə girir. Ancaq elmi xurafatın içində cahillik sanki gözə gəlmir. Elə bilirlər, o, yetkinlikdir, kamillikdir. Evlərimizdə gecə saat 3-ə kimi telefonla oynanılır. Bu, fəlakətli xurafatdır. O telefonda nəylə uğraşırlar görəsən?! Bir qiymətli kitabı insanlara, gənclərə verə bilmirsən, al, bu kitabı oxu. Telefonda qiymətli kitab yoxdur axı. Olsa belə, onu oxumurlar. Orda oxumaq effekt də vermir. Kitab qələm-kağızla oxunar. O telefonun içində şüuru öldürən, yatırdan, mübarizə əhvalını səngidən, söndürən min dənə, milyon dənə əyləncələr var. Ancaq elmi xurafatı savunan adamları dindirərsən, deyər bunu ondan ötrü yaratmayıblar, kimsə gedib telefonda anlamsız əyləncələrlə məşğul olsun, yaradıblar, sən bunun yaxşı şeyindən istifadə edəsən. Yaxşı şeydən istifadə etmək nə deməkdir? Kim o yaxşı şeydən istifadə edəcək? O yaxşı şeydən istifadə eləmək ağlı yoxdur axı ondan qullananların. Bunu yaxşı anlamda qullanmır. Sən yaxşı anlamda qullanmaq üçün ortam yaratmamısan axı. Bütün eybəcərliyi ilə bir yerdə atmısan ortaya. Bunu kütləvi şəkildə, xurafatcasına atmısan ortaya. Xurafatlaşdırmaqdan ötrü atmısan ortaya. Onun şüurunu söndürməkdən ötrü atmısan ortaya. Adama deyərlər, bu boyda sosial şəbəkələr var, google, youtube, feysbuk… bunların arxasında duran, yiyələri kimdir görəsən. Yiyələrinin məqsədi nədir görəsən? Mən sizə səmimiyyətlə deyirəm, yiyələrinin  məqsədi təkcə pul qazanmaq deyil. Onlar təkcə bizneslə uğraşmırlar, onlar həm də söndürürlər, çökdürürlər. İdeoloji cəhətdən sarsıdırlar. Youtube-ni niyə pozğun şeylərlə doldurmusan? Nədir sənin hədəfin? Gənclər ona baxır. Məgər sən bilmirsən onun ehtirasını qıcıqlandırırsan?! Bilirsən axı. Mən onu necə yola gətirim, mənim sözümü eşitmir, sənin sözünü eşidir. Onu quranın sözünü eşitmir, pozanın sözünü eşidir. Xurafatdır bu. Mən bir fakt kimi deyirəm bunu. Daha geniş faktlar da deyə bilərəm.
Ya da din xurafatı. 21-ci yüzildə yaşayırıq. 21-ci yüzildə yaşaya-yaşaya biz Avropa erasından, miladdan 6-7 min il öncənin əhvallarını yaşadırıq bu gün. Hara baxırsan odur. Seçim edir insanlar? Milyonlarla insan elə kəndirlənib, bağlanıb ki, heç onlar, Asif Atanın Ocağına dönüb baxmırlar yaxşıdırmı, yamandırmı? Onun içində yaxşı şeylər axtarmağa adamın şüurunun gücü çatmır. Siz də deyirsiniz adamlar özləri seçim eləsinlər, seçim edirlər. İki xətt var ortada. Biri guya əxlaqı, mərifəti, qanacağı qoruyan dindir, biri də guya əxlaqı, mərifəti, qanacağı pozan Batıçılıq xurafatıdır. İnsanlar da bunları seçir. Bunların içində yaxşı bir şeylər varmı? Mən görmürəm. İnanmıram siz də görəsiniz. Yaxşı bir şeylər yoxdur. Ayrı-ayrı çalarlar, cəhətlər var, siz onu dilə gətirə bilərsiniz, mən də onu görürəm, deyə bilərəm. Ayrı-ayrı çalarlar var ki, dinə qarşı üstünlük kimi qoymaq olar. Dini xurafatda, məsələn, söz azadlığı yoxdur. Bu cür məsələləri dindən üstün saya bilərsən. Ancaq bu, yaşam üçün ölçü deyil. Bunlar epizodlardır. Asif Atanın ortaya gətirdiyi ideya nə deyir bəs?! – O deyir, hara gedirsən get, nə eləyirsən elə, sən, insan adlı varlıq olaraq, özümlüyündən qaça bilməyəcəksən. Ya məhv olmalısan, ya dikəlməlisən. Bunun ayrı yolu yoxdur. Məhv olmalısan o dediyim boyunduruqlara boyun əyməklə. Ya da özündə güc tapıb öz insani mahiyyətini anlamalı, onu ölçüyə çevirib yaşatmalısan. Asif Ata bizə ikincini öyrədir, onun arxasında durur. Deyir illərlə bunun zəhmətini çəkmək, yaşatmaq, harayını çəkmək gərəkdir. O çağa qədər ki, insan ən axırıncı uçuruma yuvarlansa belə, çağırmalısan. O çağa qədər o səni eşitməyəcək, onu uçuruma çəkən səsi eşidəcək, ancaq uçurumun son aşamasında o, dönüb səndən yapışmalı olacaq. Bizim istəyimiz, sözümüz, yönümüz bunu anladır. Ona görə biz yalançı nikbinlik yaratmırıq, eyforiya yaratmırıq. Biz bilirik hansı çətin yükün altına girmişik. Biz bilirik, hardasa burda Don Kixotluq var, indiki çağının içində. Ancaq həqiqəti çağııran mübarizə var. Əsas odur. Biz bu cür toplantılarda ideya, prinsiplərimizin çalarlarını zaman-zaman öyrənirik, araşdırırıq, onda möhkəmlənirik. Ölçümüzə çeviririk, ağlımızda qətiləşdiririk. Ona görə də qıraqdan baxanda görmək ləyaqəti olan insanlar deyir türkçülük, insançılıq, bəşərçilik məsələsi ilə bağlı tək dönməz qüvvə Asif Atanın Ocağıdır. Qalan hər şey dəyişir. Asif Ata Ocağı bütün gücü-gücsüzlüyüylə bir xətt üzrə dayanıb, sabitdir. Üzü-gözü dəyişmir, yönü dəyişmir. Bu sabitlik çox böyük güc deməkdir. İnsanlara elə-belə gəlir. Ən böyük güc nizam və sabitlik. Onu Asif Ata yaradıb, yaşadıb. Biz bugünkü tədbirimizə Şərqilik  bayramı deyirik, burda bizim istəyimiz Doğunun mahiyyətini anlamaq, dərk eləməkdir, onu dünyanın gəlişmə (inkişaf) ölçüsünə bağlamaqdır. İnsani gəlişmə ölçüsünə bağlamaqdır.

Mən özüm də araşdırmışam, bizdən öncə Asif Ata da araşdırıb, onu özünün ölçüsünə çevirməsə də, bir nikbinlik faktı olaraq, həmişə dilə gətirir ki, Doğu, doğrudan da, həyatın bütün sahələri üzrə həmişə üstünlük təşkil edibdir. Baxmayaraq, saraylarda hərəmxanalar mövcud olub. Baxmayaraq, saraylarda qanlı olaylar mövcud olub. Ancaq gerçək insanın yaşamında, həyatında fərqli məsələlər olub. Bu gün bizim söhbətimizdən elə çıxmasın, bu gün biz Doğuyla Batını üz-üzə qoyuruq. Biz üz-üzə qoymuruq. İkisi də bataqlığın içindədir. Biri elə bataqlığın içindədir, biri belə. Biri bataqlığın içində, o biri guya bunu qurtarır (xilas edir), daha da bataqlığın içinə soxur. Biz yarananın insana gərəkliyini vurğu edirik. Harda nə yaranıbsa. Görürsünüz, mən deyirəm, Batıda yaranan söz azadlığı bugünkü həyatımızda başlıca bir şeydir. Bunu bacardılar, yarada bildilər. Ancaq ailə məsələsini, əxlaq məsələsini, insanın insana münasibət məsələsini, tarixən, Doğuda olan ideyalar yaradıb, yaşadıb, örnək olub. Radiy Fiş deyir ki, Konyada Cəlaləddin Rumi ilə Şəms Təbrizi görüşüb. Onların görüşündən o qədər tarixi, zəngin söhbətlər ortaya gəlib, o qədər ölçüyəgəlməz davranışların gözəlliyi formalaşıb, yaranıb ki, bu, bəşəriyyətin tarixinə min illər işıq tutub. Bu, bəşər mədəniyyətini min il qabağa aparıb insanlıq açısından. Gözəl yanaşmadır, qəbul eləyirəm, doğru sayıram. Halbuki Batı yönlü adamlar Şəms Təbrizli ilə Ruminin münasibətlərində murdarlıq axtardılar, damğalar vurdular. Mən onların ünsiyyətlərini oxumuşam, saatlarla usanmadan danışıqlarının incəliklərini araşdırmışam. Bir-birinə olan vurğunluğunu araşdırıb öyrənmişəm. Göz yaşlarını oxumuşam, izləmişəm. Böyük münasibətdir. Nəsimi-Nəimi münasibəti də elə. Tarixdən belə örnəklər azdır, ancaq bütün bəşəriyyət üçün çox böyük örnəkdir, ölçüdür. Mən yenə deyirəm, məni düz başa düşün, təbliğat aparmıram. Bunu bəlağət üçün demirəm. Son olaraq mən sizə deyim ki, bu yüzildə Asif Ata-Soylu münasibəti insanlığın zirvə münasibətlərindəndir. Əgər mənim yaradıcılığımı ciddi araşdıran olsa, bunu hər sətirdə görəcək. Bu, insanın insana münasibəti üçün, yaşaması üçün, nəfəs alması, doğmalaşması üçün böyük ölçülərdir. İnsana bu gərəkdir. İnsana həşir-anarxiya gərək deyil. Bütün dünyaya bu gərəkdir. Dünyaya bunu örnək vermək, ölçü vermək gərəkdir. Bunu dünya, mədəniyyətinin ölçüsünə çevirsə, mən sizi əmin edirəm, dünya çox gözəl dünya olar. Tamam münasibətlər dəyişər. Dünyanın münasibət yönü dəyişər. Mən sizi əmin edirəm, dağıntılar ortadan qalxar. Ona görə amaldaşlarıma da həmişə üzümü tuturam. Dostlara da üzümü tuturam, həmişə deyirəm, bu məsələləri ciddi araşdırın, öyrənin, öyrədin. Gərəkli budur. Kim harda gedib mübarizə aparır aparsın, ancaq bu gərəkli məsələni ölçü kimi vermək gərəkdir, öyrətmək gərəkdir topluma. Millətini sevirsənsə, öyrət. Bəşəri sevirsənsə, yenə öyrət. Millətinə öyrətməyin bəşərinə öyrətməyin anlamına gəlir. Sevirsənsə, öyrət. Öyrən, öyrət. İnsan sevgisi, bəşər sevgisi ürəkləri fəth edərsə, o ürəklərdə heç vaxt başqa əhvallar, başqa ölçülər yer edə bilməz. Bunu mən şəxsən Soylu olaraq yaşadığım, yaşatdığımm üçün deyirəm. Mən sizə kitablardan parçalar, hissələr oxuyub danışmıram. Bunların içində başqa bir örnək də mən sizə deyə bilərəm. Deyək, Asif Ata ideyanın yaradıcısıdır. Ancaq Günev-Soylu münasibətini də mən örnək verə bilərəm. 27 ildir bir amalın, əqidənin yolçularıyıq, biz bu əqidənin içində dostuq, qardaşıq. Bizim münasibətimizi əyə biləcək əhvallar olmayıb. Eyni hədəfi düşünürük, eyni hədəf uğrunda döyüşürük – eyni həvəslə, eyni istəklə. Bu da bir örnəkdir. Mən bunu sizin qarşınızda qürurlanmaq üçün demirəm. Siz belə münasibəti heç bir partiyada, təşkilatlarda tapa bilməzsiniz. O yoxdur. Eləcə də Ocaq qızları ilə münasibətimiz elədir. Onlarla da bizim münasibətimiz sağlam özüllər üzərində formalaşıb. Bunlar hamısı ideyanın, prinsipin gücünü ifadə edir, gücünü göstərir. Onun ləyaqətini göstərir. Biz də o ideyaların ləyaqətiylə yaşayıb öyünürük. İşimizi qabağa aparırıq. Sözümüzü deyirik. Nə qədər bacarırıq, o qədər insanlarla görüşürk. Ünsiyyətlərdə oluruq, istər canlı, istər virtual. Başqa ölkələrin insanlarıyla, əlbəttə, daha çox virtual olaraq ünsiyyətlərdə oluruq. Çünkü onlarla canlı ünsiyyət alınmır. Kaş alınaydı. Bunların hamısı Azərbaycanın içində böyük, yeni bir şeyin olduğunu öyrənməyə əsas verir. Öyrənmək, öyrənmək, öyrənmək.
Sizi bu balaca otaqda bağrıma basıram. Sizi böyük ideyaların, prinsiplərin sevgisiylə alqışlayıram, hesab edirəm, sizin bu ideyaları görməyə, bu ideyaları öyrənməyə ləyaqətiniz var. Mən sözümü bitirirəm.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

İnsanlığın bayrağı təkcə bayraqdır, doğrudan da, bu gün öpülməyə layiqdir. Atamızın Bayrağını öpürəm.

Günev Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Hər birinizi, eləcə də bəşəriyyəti Şərqilik bayramı münasibətilə qutlayıram. Nə deməkdir Şərqilik bayramı. Birinci növbədə inam deməkdir.  Dünya insanın qurtuluşunu, həyatın ölçüsüzlüyünün yoluna qoyulmasını nədə görür? Nədir onun inamı? Texniki tərəqqimi, bugünkü hay-həşirmi? Bir-birinin əlindən qapma, mənəviyyatsızlıq, maddiyyatın dalınca qaçmaq, dəbdəbəli yaşamaq uğrunda çarpışmaq. Ata deyirdi İsveçrə kimi varlı bir ölkədə minə qədər insan bir gündə özünü öldürür. Bu toplum gələcəyə inanırsa, nədən belə addımlar atmalıydı?! İnamsızlıq fəlakəti yaşayır dünya. Bayaq qardaşım vurğuladı. Asif Ata-Soylu münasibəti. Mənim gözümün qarşısında olub bütün bunlar. Bu münasibət mənim qəlbimdə artdı, sonra Günev-Soylu münasibəti yarandı. Mən həmişə vurğulayıram, mənim üçün bütün bəşəriyyətdə, həm keçmiş tarixdə, həm bugünündə birinci şəxsiyyət Asif Atadır. Asif Ata Mütləqçi idi. Bəşər tarixində hansını tərpədirsən, yarımçıqlıq görürsən. Bütövlük həsrətindəyik, insan olaraq… Bu münasibət, bu inam Günev-Soylu münasibətini yaratdı. İnandım Soyluya. Gözümün qabağında onun Asif Atanın ömrü kimi necə yaşadığının, yandığının, işıqlandığının görəni oldum. Budur Doğu münasibəti.

Mən bu gün Beyləqandan qopub gəlmişəm, elə böyük çıxışım yoxdur. Ancaq gəlmişəm səsimi o səsə qatam ki, dünya sən bu gün yalın durumdasan, mənəviyyatın, ağlın, ürəyin yalındır. Çünkü Doğusal dəyərlərdən gen düşmüsən. İnsani, qutsal dəyərlərdən gen düşmüsən. Bu gün Doğu nə qədər itibsə də, Asif Atanı meydana gətirib. Batı bunu yetirə bilmir. Batı kimi yetirir – Alen Dalesi. “Hər bir xalqın mənəviyatını əlindən al, dəyərlərini öldür. Onun ayaqları yerdən üzüləcək” deyir. Sonra onu soy, tala. Bunu Batı yetirir. Bizdə Doğuyla Batını üz-üzə qoymaqdan söhbət gedə bilməz. Hər biri bəşərdir. Ancaq dəyərlərə münasibət ortaya çıxanda düşünməli olursan. İnsani dəyər yaradıcılığı Doğu ilə Batını birləşdirə biləcək bir məsələdir. Doğu dəyərləri qorunduğu, yaradılışının davam elədiyi bir ortamda biz bəşəriliyi bütöv dərk eləyə bilərik. Atamız Var olsun!

 Nurtəkin Atalı (Ataya səcdə edib bayrağı öpür – T.A): Hər birimiz Doğuluyuq, hər birimiz də Doğusal dəyərlər haqqında bilirik. Doğunun bugünkü durumu da göz önündədir. Ata deyirdi, Doğu deyəndə öncə islam başa düşülür. Doğu deyəndə keçmişdə qalan, arxaik bir olay ağla gəlir Batı ilə tutuşdurmada. Acınacaqlısı da budur, Doğu özünü Batının texniki gəlişməsi ilə tutuşdurur, düşünür Batıya çatmalıdır, Batı ondan hər cəhətdən üstündür. Bunu Doğu özünə deyib.
Atanın belə sözü var: “Ruhani azadlıq siyasi azadlığın təməlidir”. Birey olaraq da, millət olaraq da, Doğu olaraq da bu belədir. Əgər ruhən azad deyilsənsə, siyasi cəhətdən də asılı durumda olacaqsan. Ocaq ideyalarıyla, ölçüsüylə desək, özüylə döyüşüb Kamilliyə yetmək, yəni kamil İnama, kamil İdraka, Mənəviyyata, iradəyə yetmək. Ruhən azadlıq yoxdursa, zamanın, ortamın tələbindən, etkisindən azad olmaq yoxdursa, insan olaraq da azad olmursan, millət olaraq da azad olmursan. Millət olaraq azad olmayanda başqa siyasi ideyaların, doktorinaların, dinin, fəlsəfənin etkisi altında olacaqsan. Özümlüyün əsasında öz mənəviyyatını, mədəniyyətini, inamını yaratmırsansa, ruhun, keçmişin, dəyərlərin əsasında özünü yaratmırsansa, mütləq nəyinsə etkisi altına düşəcəksən, o axarla da gedəcəksən. Hər bir millətin gələcəyi onda qurulur ki, öz dəyərlərini bilir, özünə inanır, gələcəyə o imkanlardan, özünə inamdan doğan yolla gedir. Əgər dəyərlər gözümdən düşürülürsə, əgər mənim özüm millət olaraq gözümdən düşürəmsə, mənim ideyam yoxdursa, o zaman mən sabaha necə baxa bilərəm?! Millət olaraq necə baxa bilərəm, eləcə də Doğu olaraq necə baxa bilərəm?! Ata yolu, Ata ideyaları Azərbaycan üçün gərəklidir, Doğu üçün gərəklidir.

Bayramın gediş yazısında qonu var – Doğusal birlik. Doğusal birlik yoxdur. Doğuda İslam ölkələri var, İslam ölkələri arasında birlik yoxdur. Din birlik yaratmır. Dəyərlərə yiyəlik olunmur. Keçmişi keçmiş bir olay kimi, geridə qalmış bir olay kimi qəbul edir, kökü kimi yox. Bununla gələcəyə getmək mümkün deyil.
Bizim 5-ci ideyamızın adı Özümlü Şərq ideyasıdır. Şərq Özümlü olmalıdır. Öz dəyərlərinə yiyə çıxmalıdır, dəyərlərini qorumalıdır, mədəniyyətini qorumalıdır, öz gələcəyini də bunlar əsasında yaratmalıdır. Əgər bunlar yoxdursa, sabahdan danışmaq anlamsızdır.
Bu gün bayram öncəsi ocaq qaladıq. Yayın istisində. Ocaq yananda adam gözünü ocaqdan çəkə bilmir. Elə bir çəkicilik var ocaqda. Atanın Ocağı da Azərbaycan üçün, Doğu üçün elə bir şeydir. Ocaq dayanmır, Atanın ölümündən sonra hərəkət edir, yaşayır, yanır. O öz ideyası ilə, sabahlı inama görə, həqiqətə görə cəlb edəcək Azərbaycanı, Doğunu.

Bayramımız qutlu olsun.
Atamız Var olsun!

Soylu Atalı: Bəzən aktiv insanlarımız  siyasi ortamda deyirlər ki, bu millətə nə qədər deyirsən ona azadlığını öyrədə bilmirsən. Nurtəkin, dediyi bu məsələyə aydınlıq gətirir. Necə gətirir? Atadan bir düşüncə, alıntı verdi. Deyir, ruhani azadlıq siyasi azadlığın özülüdür. Bu gün biz insanlara siyasi azadlıq istəyirik. Hüquq siyasi varlığı ifadə edən bir anlayışdır. Deyirsən, öz hüquqlarını bil, qoru. Sən deyirsən, dediyinin dalınca gəlmir. Ümidin azalır ki, bu millətə nə qədər deyirsən, yenə də eşitmir. Qabağa da düşürsən, yenə eşitmir. Onun içində ruhani azadlıq yoxdur. Ona görə nə qədər deyirsən o siyasi anlamda öz hüququnu qoruya bilməyəcək. Ona görə Asif Ata dedi: düşündük, daşındıq Ocaqlaşma yolu tutduq. Ocaq yaratdıq. Ocağı ona görə yaratdıq ki, öncə insan özünün kimliyini anlasın, özünü ruhsal varlıq olaraq qursun. İnsan ruhsal varlıq kimi yaranarsa, onda onun siyasi mübarizəsinin qarşısını almaq mümkün olmaz. O, özünü yaradan azad bir mübariz kimi meydana girərsə, onu aldatmaq, satın almaq, dostuna qarşı qaldırmaq mümkün olmaz. İndi biriylə dost olarsan. Gedəsən onun hüququnu müdafiə eləyərsən. O da o yana keçəndən sonra səni atar. Faktdır. Niyə? Çünkü onun, dediyim kimi, içində ruhsal azadlıq yoxdur. Ruhsal quruculuq yoxdur. Ona görə Ata deyir, gərək insan öncə özünü ruhsal olaraq yaratsın. Özüylədöyüş yolu keçsin. Özüylə səmimi olsun. Özünün varlığına qarşı səmimi olsun. Bunu yaratmaq – elə-belə söz xırdalamaqla alınmır. Gözəl bəlağətli danışmaqla baş tutmur. Bunun üçün, doğrudan da, insan özüylə səmimi olmağı bacarmalıdır. Sizə demişəm, bizdə biri vardı, bizimlə əqidə yoldaşı oldu bir yerə qədər. Mən “İnam sorağında” adlı kitab yazmışam. Orda özümü xarakterizə eləmişəm. Orda adi səviyyədən hara gəlib çıxdığımı təsvir eləmişəm. Dəyərləndirmişəm, qiymətləndirmişəm. Adam var durub deyir, Soylu Atalı filan addımı atır. Orda yazmışam, bir çağlar mən içki içirdim, papiros çəkirdim. Yazımı aparıb qonşuya verir. Bununla sən neyləmək istəyirsən? Mən özüm özümlə döyüşürəm. Sənin mənimlə döyüşməyinə nə ehtiyac var?!
Baxın, çox düşündürücüdür, əgər sağlam fərdlərdən oluşan birlik yaratmasan, 10 min adam gətirərsən, beş gündən sonra görərsən, böyür-başında irançılar, ingilisçilər, rusçular var. İçini elə qarışdırar, səni elə gözdən salar, sənin gücündən heç nə qalmaz. Ancaq bir araya gəlməyi bacaran insanlar özünü ruhsal olaraq qurarsa, şəxsiyyətə çevrilərsə, onun içində istəyirsən yüzlərcə elə araqatan olsun, onlara bir şey eləməyəcək. Mübarizə dəqiqlikdən, intizamdan, səmimilikdən, özüylə doğmalıqdan, doğruluqdan başlayır. Əgər bunlar yoxdursa, beş addım yol getmək mümkün deyil. Əgər bunlar varsa, onda sənin ortaya qoyduğun ideya o qədər sağlam olacaq, onu söz kimi danışmayacaqsan. Yaşadacaqsan əməlində, içində. Sənin cərgənə gələn, bunu ya sənin kimi yaşatmaq zorunda qalacaq, ya da qırağa duracaq. Ayrı cür ölçü yoxdur. Anarxiya üçün meydan vermə ona.
Adamlarla söhbətdə deyirəm, bilmək istəyirəm sizin içinizdə filankəsin kadrı varmı? Varsa, yol gedə bilməyəcəksən. Deyirsən, qoy olsun, filan da olsun. Ancaq islah eləyə biləcəksənmi? İdeya gücün varmı? Mənəviyyat gücün varmı? Azərbaycan budur da. Hamı sağlam deyil ki?! Başa düşürəm, hamı sağlam deyil. Biz bu Azərbaycanla işləməliyik.  Ancaq o azərbaycanlı ki, onun içində başqa əhvallar oynayır, sənin onu islah eləməyə ideya gücün varmı? Prinsipin varmı? Mənəvi gücün varmı? Varsa, mən qəbul eləyirəm. Sarsıdacaqsan onu. Yoxdursa, papağı boşuna günə yandırma. Ona görə hər şeyin özülü fərddən başlayır. Fərd azadlığından başlayır. Fərdin azadlığı böyük açardır. Hər bir qapını açır.
Bizim qonumuz nədir? Baxmayaraq ki, Doğu məsələsidir, biz bunun içinə bir az da milliliklə giririk. Çünkü millilikdən yan keçmək mümkün deyil Doğu məsələsində. Doğu-Batı qarşıdurması yaranıb həmişə. Biz də bunu sözümüzdə, söhbətimizdə istəmirik yaradaq. Qarşıdurmanı da yaradan nədir? Biri dini xurafatdır, biri elmi xurafat. Elmi cəhətdən Batı özünü üstün görür. Söz yox, bəlli üstünlüklər də var. Ancaq bu üstünlük bəsit bir üstünlükdür. Bizim üçün ölçüyə çevrilmir. Buna görə də biz burada özümüzün ideya, prinsplərimizi vurğu edirik, bunun əsasında özümlük yarana bilər.
Doğunu İslamdan ibarət götürmürük. Batı da nə üçün bu halətləri yaradıb? Batı ağıl işlətdi, ağalığını yaratdı. O yaratmasaydı, Doğu yaradacaqdı. Ancaq məsələ ondadır ki, hamı Doğunu İslamdan ibarət götürür. Halbuki Doğusal dəyərlər İslama qədərdir. Buddada da Doğusal dəyərlər görürük. Sufilikdə görürük Doğusal dəyərləri. Hürufilikdə, Rumidə görürük i.a.  Yəni, doğrudan da, bunların, öz dövrləri üçün bəlli bir ölçüsü olub. Bu ölçü yerində saymayıb. Saya da bilməzdi. Hesab eləyirik, Asif Ata özünün dünyabaxışıyla bir növ Doğusal dəyərlərin özülü üzərində daha böyük aşamaya qədəm qoydu. Bu onun bütün bəşəriyyətə ismarıc elədiyi İnsanlıq dərsidir. Biz Doğunun özümləşməsini Atanın ideyalarında görürük. Tərs halda, o ya İslamdan bərk yapışacaq, ya da kombinasiya olunmuş anlamsız ideyalarla yaşayacaq. Biz düşüncələrimizi onun üzərində vurğu eləyirik, nə olursa olsun, Doğuda dəyər yaranmaq ehtimalı yüksəkdir. Doğu xalqlarında çox yüksəkdir. Onun özülü var. Doğu özündə güc tapıb öz insani, doğusal dəyərlərini bərpa eləməsə, bəşəriyyət uçuruma gedir. Nə vaxt olacaq? Mən deyə bilmərəm. Ancaq bu ideya, prinsp yeriməlidir insanların içinə. Qulaqlar dolmalıdır. Sağlam ağıllı insanlar var. Onlar düşünməlidir. Dünyanı Doğulu-Batılı bütöv götürərsək, doğrudan, bugün bataqlıq içindədir. İstər ideoloji cəhətdən, istər mənəvi cəhətdən bataqlıq içindədir. Bu açıdan biz hesab eləyirik, bu ideyaları davamlı şəkildə yaşatmaqda, az sayda olsa belə, qulaqlara yeritməkdə, fiziki açıdan zəif səslə olsa belə, yaymaqda israrlıyıq. Kütləvi görüşlərimizdə hələ ara yaranıbdır, bir neçə aydır. Ancaq məsələ ondadır, mütləq bu genişlənməlidir. İnsanların düşüncəsi, ağlı yenilənməlidir. İnsanlar həqiqətən anlamsız ideyaları tanımalıdır. İnsan öz üzərində ciddi işləməlidir. Mübarizə insanı özəllikcə. Haya-küyə getməməlidir. Anlamsız qələbəliyə yüyürərək, enerjisini boşa xərcləməli deyil. Sağlam təfəkkür yaradıcılığı, sağlam siyasi mübarizə yaradıcılığı, sağlam mənəvi mübarizə formalaşdırmalıdır. Ona görə hesab eləyirik, bu qonunu genişləndirmək hər kəsimizin borcudur.

Kəmalə xanım: Çox təəssüf ki, 1400 ildir elə assimliyasiya olmuşuq, hərdən düşünəndə düşüncənin özü belə məni qorxudur. Yanılmıramsa, Space kanalında bir veriliş var idi. Orda aparıcı İslamın gözəl olması barədə pafosla danışırdı. Qulağa necə xoş gəlir. Ola bilsin, nə vaxtsa gözəl din olub. Mən həmişə deyirəm, mənim əlimdə olan, oxuduğum bugünkü din barış dini deyil. Toplumumuza necə izah etmək ki, sənin barış dini adlandırdığın, inandığın dinin əsasında itaət var. İtaəti səsləyən heç bir şey, mənəvi baxımından, özü özünü tapmaqda, özünün fərd olaraq gəlişməsində göstərə bilməz. Mən öz evimizdən bir misal deyim. İki uşaqdır. Onların tərbiyəsində çox böyük əziyyət çəkirəm. İki yaşında uşaqdan üzr istəmişəm, əgər yanlışlıq etmişəmsə. Bir də baxdım, uşaqlara qarşı bu demokratiya anarxiyaya aparır. Çünkü onlar təkdirlər. Nə məktəbdə, nə qonşuluqda belə bir şey yoxdur. Bu var ki, uşaq bilməlidir, o yanlışdırsa, onun başına qapaz vurulub otuzdurulmalıdır orda. Düzdür, anamla bağlı xırda nüansları çıxsaq, mən döyülməmişəm. Anam Asif Ata dünyasıyla tanış deyildi. Ancaq başa düşürdü ki, döyülərək, qorxudularaq uşaq böyütmək olmaz. Bəlkə də mənim içimdə olan nifrət vaxtı gətirdi, özünü dərk prosesinə başladım. O vaxtdan içimdə artıq üsyan əmələ gəldi ki, nəyisə, kimisə itaətə çağırmaq olmaz, kimisə sevmək olar. Kimisə daha çox, böyük məhəbbətlə sevmək olar. Ancaq itaətə gətirirsə, orda özünü dərkdən söhbət gedə bilməz.
Sizə bir sual verim. Məni bir şey maraqlandırır. Xristian dünyasında İsanın Allahın oğlu olması, peyğəmbər olması düşüncəsi var. Fikir verirsinizsə, başqa xalqlarla tutuşduranda onlarda, fərd olaraq, daha böyük inkişaf etmə var. Ruslar bilirdilər, imperiyanın sahibidir. Onlarda bu qədər inam var idi özlərinə.
Mənə deyirlər, sən İslamın düşmənisən. Düşmən deyiləm. Sadəcə dərk eləyirəm xristian xalqlarda daha çoxdur… Başqa bir tədbirdə də gender bərabərliyiylə bağlı çıxış elədim. Yəni bir yerdə ki, kişi qadını özü qədər, layiq olduğu qədər dəyərləndirmirsə, orda sevgidən söhbət gedə bilməz. Sizdə oxuduğum qədər  bu var. İş yoldaşlarıma sual verirəm. Onlar məəttəl qalırlar, sən İslam dinini bizdən yaxşı bilirsən. Deyirəm mən nə qədər ki, İslamı bilmirdim qatı İslamçıydım. Ancaq oxuduqca, araşdırdıqca uzaqlaşdım. Məni razı salmayan məqamlar var. Siz bunu bilmirsiniz. Bilməyə-bilməyə deyirsiniz, mən müsəlmanam. Hamı mən deyiləm. Hamı məktəbdə mənim kimi bir masa arxasında oturub fikir mübadiləsi apara bilmir. Mənim araşdırmalarımın sonucu bura gəlir çıxır ki, İslamın bizə verə bilmədiyi, köləsi olaraq aşıladığı dəyərlər ki var, ondan qurtulmayınca, xalq olaraq, fərd olaraq, özünüdərk prosesi keçə bilmərik. Allahın, peyğəmbərin itaətinə çağırır. Buna qarşıyam. Evdə də uşaqlara bunu aşılayıram. Sayğını da tələb eləməməlisən. Sayğı əgər bir insanın içində yoxdursa, onu tələblə ala bilməzsən. Mən, tutalım deyirəm, müsəlmanam. Axı mənim içimdə ona sayğı yoxdur. Kimə gərəkdir yalandan mən özümü durum dindar kimi təqdim eləyim?!
Kazım bəyin həyatını araşdırıram. Bu xalq Mirzə Kazım bəydən imtina eləyib. Heç bir araşdırmaçı alim Mirzə Kazım bəyin araşdırmasına getmək istəmir. Çünkü bu insan Xristianlığı qəbul eləyib. Bu insan köçüb gedib Kazanda yaşayıb, bütün həyatı boyu xristianlığı qəbul eləyib. Artıq farslar Mirzə Kazım Bəyin üstünə əl qoyublar. Bu insanın həyatı orayla bağlı olub, xristian dinini sevib qəbul eləyib. Məgər Xristian dinində yaxşı məqamlar yoxdur? Mən ən böyük bəlanı burda görürəm.

Cavid bəy: Siz “Quran” kitabına çox zəif bir kitab kimi baxırsınız, yoxsa yazarı güclü olmayan kimi baxırsınız?

Kəmalə xanım: Mən deyirəm, “cənnət ananın ayaqları altındadır” deyən bir insan qadına şeytan gözüylə baxıb “kişiləri yoldan çıxaran qövmsünüz” deyə bilməz. Bu iki fikir paradoksaldır. Həzrət Əlinin sözləri var, qız evladlarınızı çox sevin. Onlara daha çox qayğı göstərin, nəinki oğlan. Bunu deyən adam iki qadının şəhadəti bir kişinin şəhadətinə bərabərdir demir. Deyə bilməz. Bu yanda dəyər verib başqa bir yanda dəyərsizləşdirə bilməz. Sadəcə olaraq, təhlil eləyəndə deyirəm, ya düzgün yazıya alınmayıb, ya düzgün yazıya alınıbsa pis sözləri, aforizmləri… “Quran”da surələr var ki, İsa peyğəmbər haqda, Məryəm haqda gözəl fikirlər var. Ancaq deyir ki, səndən olmayanlarla axıra qədər döyüş. Deyirlər siz ərəb dilini mükəmməl bilmirsiniz. Özlərinə sərf eləyən ayələri bu gün dindarlar elə gözəl təbliğ eləyirlər. Siz bilmirsiniz, ərəb dilində bu sözün beş mənası var. Ancaq özlərinə gərək olanda deyirlər belədir. Mənə az bir müddət Hacı Sabir dərs deyib. Deyir mən dindar ailədə böyümüşəm. Ona sual verirdim, bu iki ayə düz gəlmir. Söz tapa bilmirdi.

Günev Atalı: Mən də Quranı başdan-ayağa, özü də bir neçə yol oxumuşam. Hardasa 27 il bundan öncə oxumuşam. Mən orda bir mənalı söz tapmadım. Məsələn, Kəmalə xanım deyir, “Quran”da yazılıb “cənnət anaların ayaqları altındadır”. Cənnət elə başdan-ayağa murdarlıqdır, kef məclisidir. Niyə ananın ayağı altında sözünü gözəl söz kimi qəbul eləyirik?! Eləcə də bütün başqa sözləri ikinci sözü birincini təkzib eləyir. Elm, texnika o vaxt yox idi. Kütləvi inandırmaq olurdu. Ocağa gələnçağlarda Asif Ataya Quran haqqında sual verəndə birbaşa dedi, “oğul, bəşər tarixində “Quran”dan mənasız kitab yazılmayıb”. Hətta bezikdiricidir.

Cavid bəy: Mən bir-iki sual yazmışam. İstəyirəm onlardan birini sizə verəm. Hədəfiniz nədir?

Soylu Atalı: Suala istəyirəm hələ cavab verməyim. Çünkü Kəmalə xanımın toxunduğu məsələlər var. Deyək, İsa peyğəmbərlə bağlı dediyi məsələ. Onunla bağlı fikirlərimi deyəcəm. Bilirsiniz, anlayışların özünün də fərqinə yaxşı varmaq gərəkdir. Kəmalə xanım bir neçə dəfə davamlı Qurani-Kərim ifadəsi işlədir. Kitabın adı “Quran”dır. Qurani-Kərim, Qurani-Şərif – farsca ifadədir, kitabı qutsallaşdırmaq anlamında işlədilir. Anlayışların anlamını bilmək gərəkdir. İndi İsa məsələsi ilə bağlı bir neçə kəlmə deyim. İsanın Allah oğlu olması məsələsi. Qədim Şumer əfsanələrinin özülündə, türklərin Tanrıçılıq inancında buna aydınlıq gətirəcək məqamlar var. Nədir o? İnsanın yaranışı məsələsi qədim Şumerlərdə belə vurğulanır, insan Tanrıdan doğulur. Öncə Anla Ki olub. An – Göy ata, Ki –  Yer ana idi. Bunlardan Enlil, Esxil adlı Tanrılar doğulub. Tanrılar, ilahələr doğulub. Sonra bunlar artıb, çoxalıb, Yer üzünə səpələnib, insan soyu ilə genişlənib dünyanı tutublar. Bu, əlbəttə, mifik yanaşmadır. Ancaq insanın Tanrıdan gəlməsi məsələsi Asif Atada daha açıq vurğulanır. O deyir, “İnsan özündə Mütləq gəzdirən, şəraitdən, mühitdən, zamandan üstün olan, Mütləqiliyə meyil eləyən, Mütləqləşməyə qadir olan ruhani varlıqdır”. Yəni insan Mütləqdən gəlir. İnsan özündə Mütləq daşıyır. Mütləq dinin dediyi adamabənzər Allah deyil. Dünyanın Anlamının İnsanlıq adlı çaları var. Dünyalıq adlı bütövlüyü var. İnsan o Mənanın, Anlamın görsənişə gəlməsidir əslində. Bədən onun təzahürüdür. İnsan gerçək olaraq yaranır, olaylaşır deyək. Dünyaya gəlir ki, mənasına bərabər yaşasın. Onu göstərsin, doğrultsun. İnsan İnsanlıq adlı mənadan gəlir. Ancaq onu doğrultmur. Ondan uzaq düşür. Məna tələbiylə yaşamır, bioloji tələblərlə yaşayır, heyvanat aləminə özgün edir özünü.
İnsanın Allahdan gəlməsi ideyası Semit dinlərində də əksini tapıb. Bibliyanın birinci hissəsində insan bədən kimi yaranır, sonra Allah ona özündən ruh verir. Yəni bədən-Allah birliyidir insan. Ancaq bunun arxasında durmur. Ziddiyyətlər başlayır. İnsanın Allahdan gəlməsi öncə qədim şumerlərdə, göy Tanrıçılıqda öz əksini tapıb. Xristianlıq da ondan bəhrələnib. İsanın Allahdan gəlməsi ideyası var. Allah Məryəmin qarnına üfürüb, Cəbrayıl araçılığı ilə, ruh olaraq. Əlbəttə, bu xurafatdır. Ancaq bunu mifik deyiş kimi qəbul etsək, məcazını da görə bilərik. Bunun arxasında bir düşüncə də var. O da budur, yəni insan Allahdan gəlir. Məhəmməddə də o var. Adəm, Həvva söhbəti onda da var. O cümlədən insanı Allahlaşdırmaq bugünkü müsəlmanın özündə də var. Əli haqqında elə keyfiyyətlər deyirlər, bu keyfiyyətlər Allaha özgün edilir. Ancaq insanı Allahlaşdırarkən, Allahdan gəldiyini bəyan eləyərkən, insanın gerçək fiziki varlıq olduğunu gözardı eləyirlər. İnsan fiziki varlıq olmaqdan çıxır. Xurafatlaşır. Ancaq insanı fiziki varlıq olaraq görərsənsə, insanı fiziki varlıq olaraq gözardı eləməzsənsə, insan haqqında ən uca sözlər deyərsən özünü doğruldar. Hürufilər buna dayanıb dedilər: “Həqq mənəm, həqq məndədir”. Bunu da doğrultdular. Ata deyirdi, “hürufilər bir addım qabağa getdi sufilərdən. Ancaq bu bir addım min ilə bərabər oldu”. Vacibul-vücudçular ayrı-ayrı fərdləri ilahiləşdirirdilər. Seçilmişləri. Ancaq hürufilər ümumi insan haqqında deyirdilər, “Həqq mənəm, həqq məndədir”. Yəni insan Allahdır. Hürufilər ona görə bir addımla min il qabağa getdilər. Asif Ata daha böyük zirvə aşdı: “İnsan daxilində Mütləq gəzdirən, zamandan, şəraitdən, mühitdən üstün olan, Mütləqiliyə meyil eləyən, Mütləqləşməyə qadir olan ruhani varlıqdır”. O imkanı daşıyır özündə. İndi insana imkan, ortam vermək gərəkdir ki, öz ömründə Mütləqi üzə çıxarsın. Ona qovuşsun, ona tən yaşasın. Asif Ata, Ocağı ona görə yaradıb. Bəyin sualına da cavab alınır hardasa. Təbiidir, bütün doğulanlar bu dediyimizə yetə bilməz. Kütləvi şəkildə bu olmayacaq. Kimlər imkanlarını özüylə qəbrə aparacaqsa, bu onun faciəsidir. Demək olar, çoxluq qəbrə aparır öz imkanlarını. Niyə? Çünkü bioloji yaşayır. Maddiyyat üçün yaşayır, Mənəviyyat üçün yaşamır. Buna görə, hürufilərin diliylə desək, həqq ola bilmir, Bəndə olur, qul olur. Dinlər də insanın həqq olmaq yolunu kəsdilər. Onun alnına bəndəlik möhürü vurdular. Onlara dedilər, sən özünü, Allaha qul olaraq, doğruldarsansa, axirət dünyasında xoşbəxtlik taparsan. Allah bir zavodun rəhbəri kimi çıxış eləyir. Özünü yaxşı apar, sənə mükafat verəcək. İnsanı bu dərəcədə kiçiltdilər. Ona görə Asif Ata dedi, düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Hədəf insanı qurtarmaqdır.   Bayaq deyirsiniz, savadı, elmi var, ancaq başa sala bilmirəm. Niyə? Mən bu sözü sosial şəbəkələrdə də, görüşlərdə də deyirəm. Asif Ata öləndən üzü bu yana, min çətinliklərlə, 350-dən çox məktəblərdə görüş keçirmişəm. Bu cür ideya sizə asan gəlməsin. Bu cür ideya asanlıqla televiziyaya çıxa bilməz. Asanlıqla özünə auditoriya tapa bilməz. İndiki dünyanı dağıdan, hər şeyin başında duranlar bu ideyanı yaxın buraxa bilməz. Onun ortamının ölümüdür bu ideya. Ona görə bütün tarix boyu böyük şəxsiyyətlər düşüb çöllərə haray çəkiblər. Mən yalvarıram insanlara – sənin mənan, anlamın, vətənin, millətin budur. Mən insanlara eqoizm göstərmirəm, sevən ürək verirəm. Düşürəm dalınca. Savadlı olmaq azdır. O savad əldə eləyir, Mənəviyyatın qanunlarını isə bilmir. Ona görə sən ona mənəviyyat haqda söz deyirsən, o, Nyutonun qanunlarını bilməkdən uzağa gedə bilmir. Deyirsən din səni alçaldır, ona görə pis şeydir. Şüuraltı olaraq deyir, İslam pisdir, bəs yaxşı nədir? Min ildir axı mənim beynimə İslam yeriyib. Onun şüuru İslam şüurudur. Bunu çıxarmaq asan deyil. Biz öz fiziki ömrümüzdə yad düşüncələrlə yüklənirik, onun tələbində çalışırıq,  25 il sonra başlayırıq axtarışa, sonra da ölüb gedirik.Yəni bu çalışmamız 25-35  ilə bərabərdir. 25-35 ildə biz istəyirik hər şeyi çözək,real görək. Mümkün deyil bu. Bu məsələlər fiziki ömrə sığmır. İkinci, biz ortaya nə qoyuruq, nə veririk. Əvəz veririkmi. İslam pisdir, bəs yaxşı nədir?! Yaxşını ver. Yaxşı da deyəcəksən Tanrıçılıqdır. Mən bilirəm Tanrıçılıq nədir. Tanrıçılıq 80 faiz mifologiyadır. Asif Atada mifologiya yoxdur. Mən də sənə deyirəm, sənin millətinin içindən bir ər çıxıb. Bəşəriyyəti silkələyən ideya qoyub ortaya. Götür onu, insan ol, millət ol. Sən bunu götürmürsən, sonra da deyirsən insan niyə düzəlmir?!
Min il deyəcəm, kim götürəcək götürəcək. Götürmək, öyrənmək, yaşatmaq gərəkdir. Utanır insanlar deməyə ki, Asif Ata da bizim peyğəmbərimizdir. Mən bunu yazmışam. Bəşəriyyət peyğəmbərdən qaça bilməyəcək. Çünkü inamdan qaça bilməyəcək. İnamı peyğəmbər yaradıb da. Ancaq biz peyğəmbər sözünün hərfinə deyil, anlamına üstünlük veririk. Asif Ata elçi deyil. Elçi Allahdan soraq gətirəndir. Ata sözü peyğəmbər sözündən daha ilkin, daha uca sözdür. Ancaq insanımızın şüurundan yadlığı çıxartmaqdan ötrü deyirik Asif Ata elə peyğəmbərdir. Anlatmaqdan yana ki, peyğəmbərlik ayrı, Atalıq ayrı məsələ deyil, Atalıq elə peyğəmbərliyin əvəzidir, ona görə peyğəmbər deyirik Asif Ataya. Niyə semitdən sənə peyğəmbər olar, türkdən olmaz?! Ağlı, şüuru, bir az düşüncəsi olan Asif Ataya dirəniş göstərirsə, bəs kimə yol açır?! – İslama yol açırsan da. Farsçılığa yol açırsan. Asif Ataya dirəniş göstərməklə bəyənmədiklərinə yol açırsan. Asif Ata onlara qarşı ən böyük dirənişdir. Asif Atadan başqa bu saat nə İslama, nə xristianlığa dirəniş yoxdur. Ona görə ki, insan haqqında ən yüksək ideyanı Asif Ata qoyub ortaya. Özü də necə yüksək elmi səviyyədə. Elmə bir nöqtədə belə, zidd olan bir şey yoxdur. Kainata münasibət elmlə iç-içədir. Asif Ata demir ki, Allah kainatı ulduz-ulduz yaratdı. Deyir, kainatın olmayan vaxtı olmayıb. Kainatdakılar məhv olur, ancaq kainat özü əzəlidir. Yoxluqdan varlıq yarana bilməz, varlıq yoxa çevrilə bilməz. Biz ölürük, torpağa qarışırıq. Bizim mənəviyyatımız burda qalır. Təbiətlə yenidən oyanırıq, enerji olaraq, qida olaraq. Ona görə oxşayır bizə bizdən sonrakılar. İnsan mütləq yox olmur. Biçim yox olur, ancaq mütləq yox olmur. Mütləq yoxluq yoxdur. Belə bir anlayış yoxdur. Asif Ata bunu sübut edir fəlsəfəsində. Elm də bunu deyir. Elm deyir, enerji itmir, bir şəkildən başqa şəklə düşür. Asif Ata elmlə iç-içədir. Ruhaniyyat yaradır. Ruhaniyyatsız bəşəriyyət mövcud ola bilməz. Ruhaniyyat – insanlığın qanunlarının işləməsi, yaşamasıdır. Bizə müsəlmanlar ayrı ruhaniyyat sırıyır. O ruhaniyyat deyil. Ya oruc tutasan, ac qalasan, donuz əti yeməyəsən, bu ruhaniyyat deyil, ayrı şeydir. Hələ mən demirəm müsəlmanların donuz ətinin yeməməyinin səbəbi yəhudilərin donuzu qutsal heyvan saymalarına görədir. Canavar bizim totemimiz olub. Donuz da yəhudilərin totemi olub totemçilik dövründə. Ona görə Varaqa Məhəmədə etki göstərdi, donuz ətini yeməyi yasaq elə dedi. Hindlilər inəyin ətini yemirlər. Çünkü inək onun totemi olub vaxtilə. Bütün bunların hamısı ortaya çıxıb aydınlaşdıqca, araşdırıldıqca, nəyin həqiqət, nəyin həqiqətsizlik olduğu bəlli olur. Nədən yapışılmalı bəlli olur. Ölçü nədir bəlli olur. Yoxsa nə deyirsən de, hara gedirsən get, sizin dediklərinizin arxasında güclü ideya, prinsip dayanmırsa, dedikləriniz havadan asılı qalacaq. Yeriməyəcək. Quş lələyi necə uçur havada, eləcə uçub gedəcək. Necə ki, uçub gedir. Ona görə ideya məsələsi ciddi məsələdir. Əzizlərim, güc ideyadadır. Mənim təfəkkürüm yüksək ola bilər, cəsarətim böyük ola bilər, fədakarlığım dərin ola bilər, ancaq İdeya yoxdursa, mən yalınam. Yeriməyəcək. Fədakarlıq, qeyrət, vicdan, cəsarət, qoçaqlıq hamısı ideyanı həyata keçirmək üçündür. O ideya ki, min il sənə yol göstərib həyat ölçüsü, yaşam ölçüsü verəcək. İnsanın bütün çalışmaları onun üçün olmalıdır. Yoxsa, çalışma nəyə bənzəyəcək? Eşşək arısı da çalışır, ortada bəhrə yoxdur axı. İnsanın çalışmalarında bəhrə olmayacaqsa, özü bunu götür-qoy eləməlidir, düşünməlidir. Özü-özünə yazığı gəlməlidir. Bu boyda potensiya yox olur. Bu boyda imkanların var içində, istedadın var, bacarığın var, yaradıcılığın, qabiliyyətin var. Yox olur. Baxın, yazıçı yazısını, nəsrini, povestini, romanını, şair poeziyasını kimə qoyub gedir, bayaqdan dediyimiz sürüyə. Hansı ki, o sürü onun qədrini bilmir. Səhərdən axşama telefonla oynayan onun qədrini biləcək?! Sən ona şeir tapşırırsan? O da qoruyacaq, saxlayacaq? Saxlayamayacaq. Nizami kimi min illər söz deyən biri indiki gənclərin ağlında yoxdur. Nəinki yoxdur, indi onları yıxıb sürüyürlər. Nəsimiyə bir cür, Füzuliyə bir cür, lağa qoyurlar onları. İnsanı qurmaq üçün öz varlığını, yaradıcılığını, istedadını, gücünü yaşatmaq istəyirsənsə, xalq yarat. Xalqı nəylə yaradacaqsan? İdeyayla. Öz əbədiliyini yaratmaq istəyirsənsə, xalq yarat. Xalqdır bizim əbədiliyimiz. Biz ölürük, xalq ölmür. Asif Ata bunu deyir. Onun bütün ideyaları buna gətirir. Ona görə deyir hədəf İnsanlaşma, Millətləşmə, Şərqləşmə, Bəşərləşmə.
İnsanlaşma – İnsan öz ruhsal mahiyyətini dərk eləməlidir. İçində mütləq gəzdirdiyini bilməlidir, dərk eləməlidir, öyrənməlidir. Üzə çıxarıb, nəyi var, xalqa verməlidir. Xalqa verməlisən, xalqı böyütməlisən, xalq Şərqi əmələ gətirir, Şərq insanlaşır, Bəşəri əmələ gətirir. İnsanlaşma budur. “İnsanlaşın, İnsanlaşdırın. Bəşərin nicatı insanlaşmaqdadır”.

 Kəmalə Əliyeva: Nurtəkin xanım dedi, Şərq deyəndə öncə islam başa düşülür. Bu da əhalinin böyük hissəsinin islama itaət etməsiylə bağlıdır. Carda oxuyuram – “Ata İnamı – Doğunu Doğulaşdıran yol!” Biz bu gün Şərqə səslənəsi olsaq, islamsız Şərqi necə yarada bilərik? İslamsız Şərqi nə birləşdirə bilər?

Soylu Atalı: Mütləqə İnam əsasında. İslam heç də bütün Doğunu qapsamır. Mən araşdırmışam, yazmışam. Çox vaxt da bu qənaətə gəlmişəm, Asif Atada başqa xalqların etnik mahiyyətinə müdaxilə yoxdur. İnam məsələsi var. İnam birdir. Allah birdir dedikləri kimi. Allah anlamını qəbul edirəm, Allahın özünü yox. Adamabənzər qüvvəni qəbul eləmirəm. Az qala bir qövmün, tayfanın Allahıdır bu Allah. Mütləq olan, yəni Əzəli, Əbədi, Sonsuz, Kamil olan, bu, hamı üçün birdir. İngilis üçün də birdir, türk üçün də. Mütləqə olan İnam əsasında, hər bir xalq özəlliklərini qurmalıdır, mədəniyyətini, gələnək-görənəklərini yaratmalıdır, onun əsasında özünü ifadə eləməlidir. Bəşər müxtəlifliyi yaranmalıdır. O, türkün gələnəklərini tutuquşu kimi təkrar eləməli deyil. Özününkünü yaratmalıdır Mütləqə İnam əsasında. Ordan doğur bütün məsələlər. Onun əsasında hər bir xalq öz gələnək-görənəklərini yaratmalıdır, özünü bəşər aləmində təsdiq etməlidir. İslam mənim etnik kimliyimə soxulur. Mən uzun illər araşdırmışam bunu. İslam da, xristianlıq da etnik mahiyyətə soxulur. Asif Atada araşdırdım, gördüm yoxdur. Asif Ata milli olduğu qədər bəşəridir. Asif Ata millilikdə məhdudlaşmır. Asif Ata millilikdə məhdudlaşsaydı, şovinistləşərdi. Məhdudlaşmır, sığmır, genişlənir. Çıxır bütün dünyaya. Həm millilikdir, həm də millilikdən yüksəkdir, bəşəridir.
Bu bir fərddir, Asif Ata adlı şəxsdir. Mücərrəd bir şey deyil ki. Bu bir fərddən başlayır. Sonra millətə çevirlir. Millət də bəşər aləmində bir fərddir. Millət olmayan yerdə bəşər nə deməkdir bəs?! Bəşər millətlərdən yaranır, çəmən çiçəklərdən əmələ gələn kimi. Ona görə inam əsasında hər bir millət özünün gələnək-görənəklərini, mədəniyyətini yaradır. İnsanlığa dayanır. Ölçü budur. Çox böyük çıxış var burda bütün bəşəriyyətə. Bütün bəşəriyyət üçün çox böyük avantaj var. İdeya-ideya aydınlaşdırsaq, görərik ki, bu hər bir xalqa necə hava-su kimi gərəkdir.
Asif Ata 6 ideya verir. Mütləqə İnam. Yəni Əzəli, Əbədi, Kamil, Sonsuz olan. Adamabənzər qüvvə deyil onun Allahı. Mən deyirəm Allah anlayışı qüvvə ola bilməz. Qüvvə fiziki anlayışdır. Qüvvənin ölçü vahidi var, hesablanır. O, qüdrətdir, qüvvə deyil. İlahi qüvvə, ilahi enerji, belə şey yoxdur. Enerji də hesablanır. Sən deyə bilməzsən ki, Allahın filan saatı bizim planetin filan saatı qədərdir. Burda nağıl danışmaq gərək deyil. Demək gərək deyil, o enerji ayrı şeydir, ilahi enerjidəndir. Enerji enerjidir. Anlamsız kombinasiyalar eləmək, sözün üzərində oynamaq, hibrid bir şeylər yaratmaq gərək deyil. Anlayışın daşıdığı məna yükü var.
İkinci ideya Kamil insan, ya da özüylədöyüş əsasında insanlaşma. İnsanlaşma təksə türkə özgün deyil.
3-cü – Ruhani cəmiyyət, ya da Xəlqi Birlik ideyası. Xalq təkcə Asif Atanın xalqı deyil. Bütün dünya hamısı xalqdır. Xəlqi birlik. Hər bir xalqda xəlqi birliyi Asif Ata vurğu edir. Nəyin əsasında? Yenə deyirəm, o gələnəklərin, mədəniyyətin… əsasında.
4-cü – Müstəqil Vətən. Bunun içində şərtlər var nə deməkdir Müstəqillik.
5-ci – Özümlü Şərq. Yəni bəşərə gərək olan. Yəni insani dəyərlər yaradıb dünyaya verən Şərq.
Ləyaqətli Bəşər – axırıncı ideyası. Burda görürsünüzmü, həm milli var, həm də bəşəri var. Ona görə ideya olduqca zəngindir, genişdir, böyükdür. Sadəcə bizim insanlarımız batıçılıq şüurundqan çıxmalıdır, özünə ciddi nəzər yetirməlidir.
Dindən ayrılmaq məsələsi. Mütləq əvəz verməlisən. Sağlam qarşılıq verməlisən. Köhnədir, pisdir, bu aydın oldu, gərək gözəl, sağlam qarşılıq verəsən. Axundovlar heç nə edə bilmədi. Birincisi, dərinə gedə bilmədi. “Kəmalüddövlə məktubları” dərin bir şey deyil. Lağlağıdır, əyləncədir. Sarsıdıcı ideya yoxdur orda. İnsana desin sən xurafatın içindəsən, doğru olan nədir. C.Məmmədquluzadə, Sabir, mən onları sevirəm. Gözəl maarifçilərdir. Ancaq onlarda çıxış yolunu, çıxış nöqtəsini tapa bilmirsən. Onlar məhduddur. Yazıçı nə əvəz versin?! Yazıçı peyğəmbər deyil ki.

Cavid bəy: Deyirlər ki, Quran bəşəridir. Belə bir ayə var, deyir yəhudi xristianları özünüzə dost tutmayın. Onlar bir-biriylə dostdurlar. Bu artıq ziddiyyətdir və İslamın bəşəri olmadığı üzə çıxır.
Siz deyirsiniz Asif Ata bəşəridir. Bir çox fikirləriniz də əsaslanır. Bəs niyə antiBatı danışırsınız?

Soylu Atalı: İslam dininin bəşəri, ya da antibəşəri olmasıyla bağlı deyim. İslam deyir bütün xalqlar, millətlər mənim ümmətimdir. Əgər ümmətidirsə, millət anlayışı aradan gedir. Millət yoxdur. Deməli, ümmət var, sürü var. Sürü isə bəşər ola bilməz. Bəşər millətlərdən əmələ gəlir. Asif Ata deyir, Bəşər millətlərin cəmindən deyil, millətlərin mahiyyətindən, dəyərindən yaranır. İndi gələk bizim anti danışmağımız məsələsinə. Məsələn, erməni hansı insani dəyəri daşıyır? Hansı insani mahiyyəti daşıyır ki, mən deyim erməni bəşəridir. Deyək, bir insan canidir, qatildir, baş kəsir. Nə insandan qorxur, nə Allahdan. Mən necə deyə bilərəm, bu insandır. Biçimi insandır, ancaq onun içində insan yoxdur axı. O insan ölüb. Götürürəm dünyanı. Batını, Batı xalqlarını götürək. İngilis öz xəlqi mahiyyətini ifadə etməli, öz mənəvi dəyərləri əsasında millət kimi formalaşmalıdır. Dünyaya ağalıq çapında yox. O, dünyanı ağalıq çapında idarə edir. O, şovinistdir, imperialistdr. O, bəşər deyil axı. Asif Ata ağaya, ağalığa necə sevgi sunsun?! Onun döyüşü ingilis xalqıyla deyil, ingilis şovinizmi ilə, imperializmi ilə, siyasəti ilədir. Mən yazılarımda dönə-dönə vurğu eləmişəm. Mənim fars xalqına nifrətim yoxdur. Rus xalqına mənim nifrətim yoxdur. Tolstoyu mən özümüm öyrətmənim sayıram, Asif Atadan sonra. Xalq, millət ayrı şeydir, ağalıq girdabına düşmüş, ağalıq eləməyə köklənmiş, şovinizm əhvalına köklənmiş, imperializm xəttinə, siyasətinə köklənmiş toplum ayrı şeydir. Asif Ata oyunçu ola bilməz. İmperialistçi ola bilməz. Şovinistçi ola bilməz. O, bəşərçidir. Mən dönə-dönə vurğu eləmişəm, çağdaş türkçülərin türkçülüyünü qəbul eləmirəm. Mənim nəyimə gərəkdir ingilis sayağı türkçülük. İngilisçiliklə türkçülüyün fərqi yoxdursa, neynirəm o türkçülüyü? Mən humanist, insançı türkçülük istəyirəm. İnsançı ingilis, insançı rus istəyirəm. Asif Ata biranlamlı şəkildə ona görə bəşəridir.
Mirzə Kazımbəylə bağlı. Mənim düşüncəmə görə o, yağışdan çıxıb yağmura düşüb. Xristianlıqla İslam bir medalın iki üzüdür. Anlamı da, kökü də, iç-içədir. Kazmbəyin ən böyük işi “Bab və babilər” əsəridir. Özünün həyatı çox çətin, acınacaqlı olub. Ancaq ölçü deyil…

Bayram günü hədiyyəsi olaraq Göylü Atalının hazırladığı 38-ci il “Ailə Günü” kitabları Ocağa sunuldu.

 

Bayramın törən parçasını sonlandırma quralları yerinə yetirildikdən sonra, çay süfrəsi yörəsində doğmalaşma söhbətləri davam etdi.

 

Ata Ayı, 39-cu il.
(sentyabr, 2017).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir