Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 46-cı ili
Qutsal “Şərqilik” Bayramının Gediş Yazısı
Gün: 12 Ata Ayı, Mərhəm Günü;
- Bayramın hazırlıq işlərinə Nurtəkin, Göytəkin Atalılar sorumludur.
- “Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsi ilə törən başlayır.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir.
Bayram qonuları:
- Doğu qədim dəyərləri ilə gələcəyini özümləşdirə bilərmi?
- Doğunun qarşısındakı təhlükələr nədir?
“Şərqilik Şərqisi”ni – Soylu Atalı,
“Şərqilik Bayramı üstə Mütləqlə Təması” – Günev Atalı deyir.
Ocaq Yükümlüsü Ata sözünü çatdırır: “Şərqləşin – Şərqləşdirin!”
Hamı: “Şərqə and olsun, Şərqiliyə qulluq edəcəyəm!” – deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsiylə Bayram sona çatır.
Günün Carı:
Doğunun sabahlaşması – Özümləşmə yoludur!
Gediş yazısını yazdı: Nurtəkin Atalı.
8 Ata Ayı, 46-cı il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
8 Ata Ayı, 46-cı il. Saray-Soylu.