Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 38-ili
Qutsal “Şərqilik” Bayramının
Gediş Yazısı
Yer: İnam Evi; Gün: 12 Ata Ayı, Arzu Günü; Başlanır: saat 15.
- Bayramın təşkilatca hazırlıq işlərinə sorumlu Göylü Atalıdır.
- Hamı sayğı duruşunda: Mütləqə İnam Bayrağı gətirilir.
- Məşəllər yandırılır və qutsal söz söylənilir.
- Hamı: “Ata Ruhuna Pənah gətirmişik! – deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,“Ataya Günorta Ricası”nı – Güntay,
“Çağırışı” – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir
Bayram qonuları:
- Doğusal Birliyin yaranması, Doğu dəyərlərinin yaşaması üçün Ata Amalına yüksəlmək gərək;
- Bəs Ata ideyalarına dayanıb Doğu ruhunu özünə necə qaytarmalı?
- Bayrama Ruhsal hədiyyələr sunulur.
- “Şərqilik Şərqisi”ni – Üstün, “Şərqilik Bayramı üstə Mütləqlə Təması” – Göylü deyir.
Ocaq Yükümlüsü Ata sözünü çatdırır: “Doğulaşın – Doğulaşdırın!”.
Hamı: Doğuya and olsun, Doğusallığa qulluq edəcəyəm! – deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Bayram sona çatır.
Carlar:
- Doğunun Özümlüyünə qayıtması Mütləqə İnamdan başlayır!
- Ata İnamı – Doğunu öz mahiyyətinə qovuşduran Yol!
Gediş yazısını yazdı: Türkel Atalı
4 Ata Ayı, İnam Günü, 38 – il. Saray-Soylu.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
4 Ata Ayı, 38 – ci il. Saray-S.