Xəbərlər

Qutsal “Şərqilik” Bayramının Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 4
2-ci ili

Qutsal “Şərqilik” Bayramının
Gediş Yazısı

Gün: 12 Ata Ayı, Murad Günü;
Başlanır: saat 15.00.

  • Bayramın hazırlıq işlərinə Nurtəkin, Göytəkin Atalılar sorumludur.
  • “Ata Ruhuna Pənah gətirmişik! Səcdəsi ilə Bayram törəni başlayır.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Bilən, “Ataya Günorta Ricası”nı – Göytəkin Atalılar deyir.

Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir.

Bayram qonuları:

  • Doğusal dəyərlərin yaşamasında Ata Yolunun rolu.
  • Şərqin bu günü, sabahı.

 

  • Bayrama Ruhsal hədiyyələr sunulur.
  • “Şərqilik Şərqisi”ni – Nurtəkin Atalı, “Şərqilik Bayramı üstə Mütləqlə Təması” – Güntay Atalı deyir.

Ocaq Yükümlüsü Ata sözünü çatdırır: “Şərqləşin – Şərqləşdirin!”.
Hamı: “Şərqə and olsun, Şərqiliyə qulluq edəcəyəm!” – deyir.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Bayram sona çatır.

                                                 Car:

  • Ata İnamı – Şərqin uğurlu sabahı!

Gediş yazısını yazdı: Göytəkin  Atalı
8  Ata Ayı, 42-ci il. 

 

Qəbul olunur.

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

Ata Ayı, 42-ci il. Saray-S.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir