Xəbərlər

Qutsal “Şərqilik” Bayramının Gediş Yazısı

Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı

Ata-Ocaq ilsırasının 44-cü ili

Qutsal “Şərqilik” Bayramının Gediş Yazısı

Gün: 12 Ata Ayı, Arzu Günü;

Yer: Nurtəkin Atalının evi (Qaraçuxur qəs.)
Başlanır: 15:00.

  • Bayramın hazırlıq işlərinə Nurtəkin, Göytəkin Atalılar sorumludur.
  • “Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsi ilə törən başlayır.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – İnamlı, “Ataya Günorta Ricası”nı – Göylü Atalılar deyir.

                     Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir.

 Bayram qonuları:

  • Doğusal dəyərlərin bəşəri gərəkliyi.
  • Mütləqə İnam – Doğusallığın sabahı.
  • Doğu öz Doğusallığına nə dərəcədə inanır?
  • Bayrama Ruhsal hədiyyələr sunulur.

“Şərqilik Şərqisi”ni Göylü Atalı,

“Şərqilik Bayramı üstə Mütləqlə Təması” – Nurtəkin Atalı deyir.

Ocaq Yükümlüsü Ata sözünü çatdırır: “Şərqləşin – Şərqləşdirin!”

Hamı: “Şərqə and olsun, Şərqiliyə qulluq edəcəyəm!” – deyir.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsiylə Bayram sona çatır.

                                                           Car:

                                   Mütləqə İnam – Doğusallığın Sabahı!

          Gediş yazısını yazdı: Nurtəkin Atalı.
6 Ata Ayı, 44-cü il. Atakənd.

Qəbul olunur:

Soylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

6 Ata Ayı, 44-cü il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir