Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 38-ci ili
Qutsal “Xəlqilik” Bayramının
GEDİŞ YAZISI
İlsıra: 13 Şölə Ayı; Yer: Soylu Atalının evi; Çağ: saat 14.00
- Bayram keçiriləcək yer Ocaq Ruhunda hazırlanır. Hazırlığa sorumlu Göylü və Nurtəkin Atalılardır.
- İnam Bayrağı gətirilir. 6 ideyanın simgəsəl anlamı kimi 6 tonqal qalanır, Bayram üstə söz söylənilir.
Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir. - “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Güntay,
“Ataya Günorta Ricası”nı – Günev deyir.
“Ruh üstə”ni – Üstün söyləyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayram Sözü dinlənilir.
Bayram Qonusu:
Xalqların bağımsızlığı – Bəşər birliyinin təsdiqidir.
Dəyər – bireylərin ömründə yaranır, xalqda qorunur.
(Qonulara bağlı hər kəs söz deyə bilər).
- Çıxışlar arasında saz havaları dinlənir.
- Bayram üstə ruhsal bağışlanmalar Ocağa sunulur.
- “Xəlqilik Şərqisi”ni – Üstün,
“Xəlqilik Bayramı üstə Mütləqlə Təmas”ı – Günev deyir.
Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın – Xalqlaşdırın!”
Evladlar: “Xalqa and olsun, Xalq anlamını yaşadacağam!” deyir.
Bayram “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə başa çatır.
Sonda çay süfrəsində doğmalaşma söhbətləri aparılır.
Günün Car’ı:
Ata İnamı – İnsanı İnsanlaşdıran, Xalqı Xalqlaşdıran, Bəşəri Bəşərləşdirən Yol!
Gedişi yazdı: Nurtəkin Atalı
10 Şölə Ayı, 38-ci il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
10 Şölə Ayı, 38-ci il. Saray-Soylu.