Xəbərlər

Qutsal “Xəlqilik” Bayramının Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq Günsırasının 41-ci ili

Qutsal “Xəlqilik” Bayramının
Gediş Yazısı

Bayram, 14 Şölə Ayında, Soylu Atalının ünvanında keçirilir.

Bayramın hazırlıq işlərinə sorumlu Türkel Atalıdır.
Həyətdə Bayram tonqalı qalanır.
Hamı sayğı duruşunda: Tonqal başında qutsal söz deyilir.

Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü dinlənilir.

Bayram qonuları:

  • Xəlqi İntibah – Mütləqə İnamdadır.
  • Xəlqi dəyərlər – ruhsal örnəklərdir.

Bayrama ruhsal bağışlamalar sunulur.

“Xəlqilik Şərqisi” oxunur, “Xəlqilik Bayramı üstə Mütləqlə Təmas” deyilir.

Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın – Xalqlaşdırın!”
Hamı: “Xalqa and olsun, ruhsal xalq yaratmağa qulluq edəcəyəm!” deyir.

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsilə Bayram törəni sona çatır.
Doğmalaşma çay süfrəsində davam edir.

                 Gün’ün Carı:

Ata Yolu – Xalqın ruhsal gələcəyi!

Gediş Yazısını yazdı: Nurtəkin Atalı.
12 Şölə Ayı, 41-ci il. Atakənd.

 

Qəbul olunur.

Soylu Atalı  Mütləqə İnam Ocağının Yükümlüsü.   

12 Şölə Ayı, 41- ci il. Saray- S.

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir