Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq Günsırasının 42-ci ili
Qutsal “Xəlqilik” Bayramının
Gediş Yazısı
Bayram, 14 Şölə Ayında, keçirilir.
Bayram quralları yerinə yetirilir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü dinlənilir.
Bayram qonuları:
- Xalqlaşma İnsanlaşmadan başlayır.
- Xalqın gələcəyi öz dəyərləri üzərində qurulur.
“Xəlqilik Şərqisi” oxunur, “Xəlqilik Bayramı üstə Mütləqlə Təmas” deyilir.
Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın – Xalqlaşdırın!”
Hamı: “Xalqa and olsun, ruhsal xalq yaratmağa qulluq edəcəyəm!” deyir.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsilə Bayram törəni sona çatır.
Gün’ün Carı:
Ata İnamı – Xalqın, Bəşərin sabahının özülü!
Gediş Yazısını yazdı: Nurtəkin Atalı.
10 Şölə Ayı, 42-ci il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı Mütləqə İnam Ocağının Yükümlüsü.
10 Şölə Ayı, 42-ci il. Saray-S.