Xəbərlər

Qutsal “Xəlqilik” Bayramının gedişatı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 37-ci ili

Qutsal “Xəlqilik” Bayramının
gedişatı

Gün: 13 Şölə, Ayı;
Yer: Təbiət;
Başlanır: saat 15:00

İnam Evi Ocaq Ruhunda hazırlanır. Təşkilatca işlərə Göylü Atalı və İnam Evinin Odqoruyanı Ulusəs Atalı sorumludur.
İnam Bayrağı asılır. Güntay Atalı 6 ideyanı əks etdirən 6 rəmzi məşəllə odaya girərək Bayram üstə söz söyləyir.

Hamı: “Ata Ruhuna pənah gətirmişik!” deyir.

  • “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,
  • “Ataya Günorta Ricası”nı  – Türkel deyir.

Ocaq Yükümülüsü Soylu Atalının Bayram sözü dinlənilir.

Bayram qonuları:

1)      Fərdin özünü yaratması – Xalqı öz anlamına yetirir.

2)      Mütləqə İnam – Xalqı əzəliliyinə, əbədiliyinə aparan yoldur!

 

Bayrama qatılanlar qonular üstə söz deyə bilər.

Çıxışlar arasında musiqi dinlənilir.

Bayrama ruhani hədiyyələr sunulur.

“Xəlqilik Şərqisi”ni –Üstün,

“Xəlqilik Bayramı üstə Mütləqlə Təması” –Göylü deyir.

Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın – Xalqlaşdırın!”.

Ocaqçılar: “Xalqa and olsun, xalq anlamının yaşanmasına qulluq edəcəm!” deyir.

 

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Bayram sona çatır.

 

Sonda bayram süfrəsində doğmalaşma söhbətləri olur.

 

CARLAR:

  • Asif Ata harayıyla qalxsın – İnsana İnam İşığında var olsun Xalqımız!
  • Mütləqə İnamın aqibətləşməsi – Xalq birliyinin yaranması!

 

Gedişatı yazdı: Üstün Atalı

18 İşıq Ayı, 37-ci il. Saray-Soylu.

Qəbul olunur.

Soylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

 

18 İşıq Ayı, 37-ci il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir