Xəbərlər

Qutsal “Xəlqilik” Bayramının Gediş yazısı

IMG_3688Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

Ata-Ocaq ilsırasının 38-ci ili
Qutsal “Xəlqilik”
 Bayramının
GEDİŞ YAZISI

 İlsıra: 13 Şölə Ayı; Yer: Soylu Atalının evi; Çağ: saat 14.00

  • Bayram keçiriləcək yer Ocaq Ruhunda hazırlanır. Hazırlığa sorumlu Göylü və Nurtəkin Atalılardır.
  • İnam Bayrağı gətirilir. 6 ideyanın simgəsəl anlamı kimi 6 tonqal qalanır, Bayram üstə söz söylənilir.
    Hamı: “Ata Ruhuna Pənah gətirmişik!” deyir.
  • “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Güntay,
    “Ataya Günorta Ricası”nı – Günev deyir.
    “Ruh üstə”ni – Üstün söyləyir.

Ocaq Yükümlüsü Soylu Atalının Bayram Sözü dinlənilir.

Bayram Qonusu:

Xalqların bağımsızlığı – Bəşər birliyinin təsdiqidir.
Dəyər – bireylərin ömründə yaranır, xalqda qorunur.

 (Qonulara bağlı hər kəs söz deyə bilər).

  • Çıxışlar arasında saz havaları dinlənir.
  • Bayram üstə ruhsal bağışlanmalar Ocağa sunulur.

 

  • “Xəlqilik Şərqisi”ni – Üstün,

“Xəlqilik Bayramı üstə Mütləqlə Təmas”ı – Günev  deyir.
Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın – Xalqlaşdırın!”
Evladlar: “Xalqa and olsun, Xalq anlamını yaşadacağam!” deyir.

Bayram “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə başa çatır.

Sonda çay süfrəsində doğmalaşma söhbətləri aparılır.

 Günün Car’ı:
Ata İnamı – İnsanı İnsanlaşdıran, Xalqı Xalqlaşdıran, Bəşəri Bəşərləşdirən Yol!

Gedişi yazdıNurtəkin Atalı
10 Şölə Ayı, 38-ci il. Atakənd.

 

Qəbul olunur.

 Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

 10 Şölə Ayı, 38-ci il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir