Xəbərlər

Qutsal “Xəlqilik” Bayramının Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

Ata – Ocaq Günsırasının 39-cu ili
Qutsal “Xəlqilik” Bayramının
GEDİŞ Yazısı

Yer:   Soylunun həyəti (Saray-Soylu qəsəbəsi);
Gün:  13 Şölə Ayı;
Başlanır:  saat 15.00

 

Bayramın hazırlıq işlərinə sorumlu Üstün, Ulusəs Atalılardır.
Həyətdə Bayram tonqalı qalanır.
Hamı sayğı duruşunda: Tonqal başında qutsal söz deyilir.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Üstün,
“Ataya Günorta Ricası”nı – Göylü deyir.

 Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü dinlənilir.

Bayram qonuları:

  • Xalqın yaşam nizamı ruhaniyyat işığında qurulur.
  • Bəşər – ruhaniyyatlaşan xalqlar deməkdir.

Qatılanlar bayram üstə düşüncələrini bölüşürlər.
Çıxışlararası bədii hissəyə yer verilir – şeir deyilir, musiqi səsləndirilir.
Bayrama ruhsal bağışlamalar sunulur.

“Xəlqilik Şərqisi”ni – Üstün,

“Xəlqilik Bayramı üstə Mütləqlə Təmas”ı – Ulusəs  deyir.

Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın – Xalqlaşdırın!”
Hamı: “Xalqa and olsun, ruhsal xalq yaratmağa qulluq edəcəyəm!” deyir.

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsilə Bayramın törən hissəsi sona çatır.

Doğmalaşma çay süfrəsində davam edir.

                                                          CARLAR

  • Ruhaniyyatı olan Xalq – Bəşər yüksəkliyində var olan Xalqdır!
  • Xalqın ölməzliyini qorumaq – onu Özümlüyünə yüksəltməklə gerçəkləşir!
  • Ataya tapınan Xalq qutsaldır!

Gediş Yazısını yazdı: Soylu Atalı
8 Şölə Ayı,  39-cu il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir