Xəbərlər

Qutsal “Xəlqilik” Bayramının Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq Günsırasının 42-ci ili

Qutsal “Xəlqilik” Bayramının
Gediş Yazısı

Bayram, 14 Şölə Ayında, keçirilir.

Bayram quralları yerinə yetirilir.

Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü dinlənilir.

Bayram qonuları:

  • Xalqlaşma İnsanlaşmadan başlayır.
  • Xalqın gələcəyi öz dəyərləri üzərində qurulur.

“Xəlqilik Şərqisi” oxunur, “Xəlqilik Bayramı üstə Mütləqlə Təmas” deyilir.

Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın – Xalqlaşdırın!”
Hamı: “Xalqa and olsun, ruhsal xalq yaratmağa qulluq edəcəyəm!” deyir.

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsilə Bayram törəni sona çatır.

                                   Gün’ün Carı:

Ata İnamı – Xalqın, Bəşərin sabahının özülü!

 

Gediş Yazısını yazdı: Nurtəkin Atalı.
10 Şölə Ayı, 42-ci il. Atakənd.

 

Qəbul olunur.

Soylu Atalı  Mütləqə İnam Ocağının Yükümlüsü.   

10 Şölə Ayı, 42-ci il. Saray-S.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir