Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq Günsırasının 44-cü ili
Qutsal “Xəlqilik” Bayramının
Gediş Yazısı
Yer: Günev Atalının evi (Biləcəri);
Gün: 13 Şölə Ayı;
Başlanır: saat 15:00
Bayramın hazırlıq işlərinə sorumlu Göylü, Nurtəkin Atalılardır.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev,
“Ataya Günorta Ricası”nı – İnamlı deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü dinlənilir.
Bayram qonuları:
- Ataya tapınan Xalqın sabahı
- Xəlqi dəyərlərimiz – Özümlüyümüz
- Xalqın var olmasında Ruhaniyyatın önəmi
Bayrama ruhsal bağışlamalar sunulur.
“Xəlqilik Şərqisi” oxunur, “Xəlqilik Bayramı üstə Mütləqlə Təmas” deyilir.
Ocaq Yükümlüsü Ata Sözünü çatdırır: “Xalqlaşın – Xalqlaşdırın!”
Hamı: “Xalqa and olsun, ruhsal xalq yaratmağa qulluq edəcəyəm!” deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsilə Bayram sona çatır.
Gediş Yazısını Yazdı: Göytəkin Atalı.
8 Şölə Ayı, 44-cü il. Göyçay.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
8 Şölə Ayı, 44-cü il. Saray-Soylu.