Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 39-cu ili
Qutsal “Yeni il” Mərasiminin
Gediş yazısı
Gün: 1 Günəş Ayı, Dözüm Günü;
Yer: Nurtəkinin evi (Bakıxanov qəsəbəsi);
Başlanır: saat 14-00.
- Oda Törənin ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Nurtəkin Atalıdır.
- Törənin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir.
Hamı: “Ata Ruhlu İlimiz! Xoş Gəldin!” deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Güntay, “Ataya Günorta Ricası”nı –Nurtəkin, “Ruh Üstə” içsəsini – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Törənə sözü dinlənilir.
Mərasim qonuları:
- 38-ci ildə ruhani fərəhlərim, yetdiklərim. (Bireysəl keyfiyyətlərin görümü).
- İlin Ruhsal əməl hesabatı.
- Törənə Ruhsal hədiyyələr sunulur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatır.
- Evladlıq Nişanələrini Ocaq Yükümlüsü Yol sözü ilə sunur.
Carlar:
- Ataya bağlılığımız – Ruhsal aqibətimizi yetirir!
- Ata Ruhlu ilimiz, Xoş gəldin!
Gediş yazısını yazdı: Üstün Atalı.
24 Köçəri Ayı, 38-il, Saray-Soylu.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
24 Köçəri Ayı, 38-ci il. Saray-Soylu.