Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 44-cü ili
Qutsal “Yeni İl” Törəninin
Gediş Yazısı
Yer: Günev Atalının evi (Biləcəri);
Günsıra: 1 Günəş Ayı, Ümid Günü;
Başlanır: 14:00
Törənin keçiriləcəyi oda Ocaq ruhuna uyğun hazırlanır. Törənin hazırlıq işlərinə Günevlə Göylü Atalılar sorumludur.
Hamı “İnam soraqlı Yeni İlim, xoş gəldin!” deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – İnamlı, “Ataya Günorta Ricası”nı – Göylü, “Ruh Üstə” içsözünü Nurtəkin Atalı söyləyir.
- Atanın “Ayıltma çağırışı” səsləndirilir.
Ocaq Yükümlüsünün Törənə açılış sözü dinlənilir.
Törən qonuları:
- 43-cü ildə İnamı duyurmaq çabalarım, əməllərim, uğurlarım.
- Ocaqla doğma olduğum ötən ilim ömrümdə hansı dəyişiklikləri yaratdı?
- Yeni İlimizdə Ata-Ocaq ideyalarının sorağının daha geniş yayılması üçün planlarım, təkliflərim.
Törənə Ruhsal bağışlanmalar sunulur.
Evladlıq Nişanələri Ocaq uğurlaması ilə Ocaqçılara qaytarılır.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsiylə Törən başa çatır.
Gediş Yazısını yazdı: Göytəkin Atalı.
22 Köçəri Ayı, 43-cü il, Göyçay.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
22 Köçəri Ayı, 43-cü il.Saray-Soylu.