Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 42-ci ili
Qutsal “Yeni il” Törəninin
Gediş yazısı
Yer: Ulusəs Atalının evi.
Gün: 1 Günəş Ayı, 42-ci il.
Vaxt: 14.00.
Oda Törənin ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Ulusəs Atalıdır.
Törənin başlanmasına 5 dəqiqə qalmış “Ata Harayları” səsləndirilir.
Hamı: “Yeni İlimizə – Ata Varlığına ucalmağımızla!” deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Güntay,
• “Ataya Günorta Ricası”nı – Göylü, “Ruh Üstə” içsəsini – Nurtəkin deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Törənə sözü dinlənilir.
Törən qonuları:
• 41-ci ilin “Fərəh və Hünərləri” (hesabatı).
• Yeni ilimiz – 42-ci il Ruhumun Alışan ili olacaq.
- Törənə Ruhsal hədiyyələr sunulur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatır.
• Evladlıq Nişanələrini Ocaq Yükümlüsü Yol sözü ilə sunur.
Carlar:
Yeni İlimizə – Ata Varlığına ucalmağımızla!
Yeni İlimizə – Ruhani ləyaqətimizlə!
Gediş yazısını yazdı: Ulusəs Atalı.
23 Köçəri Ayı, 41-ci il, Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
23 Köçəri Ayı, 41-ci il. Saray-Soylu.