Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 43-cü ili
Qutsal “Yeni il” Törəninin
Gediş Yazısı
Yer: Nurtəkin Atalının evi (Qaraçuxur qəs.);
Günsıra: 1 Günəş Ayı, Arzu Günü;
Başlanır: 14.00.
Törənin keçiriləcəyi oda Ocaq ruhunda, tələbində hazırlanır. Stol üstə gül-çiçək, törənin gedişini yazmaq, çəkmək üçün gərəkən araçlar. Törənin hazırlanma işlərinə Nurtəkinlə Ulusəs Atalılar sorumludur.
Hamı “Evladlaşma soraqlı Yeni İlim, xoş gəldin!” deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı, eləcə də “Ataya Günorta Ricası”nı Göytəkin Atalı deyir.
- “Ruh Üstə” içsözünü Nurtəkin Atalı söyləyir.
- Atanın “Ayıltma çağırışı” səsləndirilir.
Ocaq Yükümlüsünün Törənə açılış sözü dinlənilir.
- Ocağa Evlad qəbulu gerçəkləşdirilir.
Törən qonuları:
1. Ötən ilim ömrümdə nə demək oldu? Yeni ilə İnamımı yeniləyən diləklərim nə olar?
- Ötən ilin genel əməl hesabatı.
- “Uluyol-Hünər” Ailəsinin 30 yaşı. Soylu Atalının Ocaq yaşının 30 ili.
Günev Atalı ilə Soylu Atalının dostluğunun 30 yaşı – Ocaq açısından dəyərləndirilir.
- Törənə Ruhsal bağışlanmalar sunulur.
Evladlıq Nişanələri Ocaq uğurlaması ilə Ocaqçılara qaytarılır.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəli deyimlə Törən başa çatır.
Gediş yazısını Soylu Atal yazdı.
21 Köçəri Ayı, 42-ci il, Atakənd.