Xəbərlər

Qutsal “Yeni İl” Törəninin Gediş Yazısı

Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 45-ci ili

Qutsal “Yeni İl” Törəninin
Gediş Yazısı

Yer: Nurtəkin Atalının evi (Qaraçuxur q.);
Günsıra: 1 Günəş Ayı, Dözüm Günü;
Başlanır: 14:00

Törənin keçiriləcəyi oda Ocaq ruhuna uyğun hazırlanır. Törənin hazırlıq işlərinə Nurtəkin Atalı sorumludur.

Hamı “Yeni İlim, ömrümüzü yenilə!” deyir.

  • “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – Göytəkin, “Ruh Üstə” içsözünü Nurtəkin Atalı söyləyir.
  • Atanın “Ayıltma çağırışı” səsləndirilir.

Ocaq Yükümlüsünün Törənə açılış sözü dinlənilir.

Törən qonuları:

  • 44-cü ilin əməl hesabatı.
  • Özümlüyümə doğru addımlarım.
  • Ruhumun tələbi – Dünyadan, həyatdan üstün yaşamaq!

Törənə Ruhsal bağışlanmalar sunulur.

Evladlıq Nişanələri Ocaq uğurlaması ilə Ocaqçılara qaytarılır.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsiylə Törən başa çatır.

Gün’ün carı

Yeni İlim, ömrümüzü yenilə!

Gediş Yazısını yazdı: Nurtəkin Atalı.
23 Köçəri Ayı, 44-cü il, Atakənd.

Qəbul olunur.

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

23 Köçəri Ayı, 44-cü il.Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir