Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Ata – Ocaq ilsırasının 38-ci ili
Qutsal “Ziyarətgah Günü” Törəninin
Gediş Yazısı
Gün: 1 Qürub Ayı, Arzu Günü;
Yer: İnam Evi (İçərişəhər);
Vaxt: Saat 14:00.
Törən Oda`sı hazırlanır. Təşkilatca sorumlu Göylü Atalıdır.
Bayraq gətirilir və “Ata Harayları” səsləndirilir.
Hamı səcdə duruşunda: “Ata ziyarəti – İnamın Sabahı!” deyir.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,
“Ataya Günorta Ricası”nı – Güntay,
“Ruh Üstə” içsəsini – Üstün deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Törənə sözü dinlənilir.
Törən qonuları:
- Ata ziyarətində ruhsal uğurlarımın hesabatı.
- Ata Yoluna sadiqlik – ruhsal ömrün qurulmasıdır.
Törənə ruhsal hədiyyələr sunulur.
Evladlıq Nişanələrini Ocaq Yükümlüsü Yol sözü ilə Ocaqçılara verir.
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Gün başa çatır.
Carlar:
- Atanı ziyarət etmək – ruhsal sorumluluğa yüksəlmək!
- Ata ziyarəti – İnamın Sabahı!
- Ata İnamı – İnsanlığın qutsal sözü!
Gediş yazısını yazdı: Nurtəkin Atalı
27 Od Ayı, 38-ci il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
27 Od Ayı, 38-ci il. Saray-Soylu.