Xəbərlər

“Ruhani İdrak günü” Mərasiminin Gedişatı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 34-ili
“Ruhani İdrak günü” Mərasiminin
G e d i ş a t ı
Yer:  İnam Evi (İçərişəhər).    Gün: 25 Çiçək ayı;    Başlanır: saat 14.00.

 Mərasim odası hazırlanır. Təşkilatca sorumlu İnam Evinin Odqoruyanı  Ulusəs Atalıdır.
Mərasimə 5 dəqiqə qalmış  Ata “Haraylar”ı  səsləndirilir.
Hamı: “Ata İdrakı – Sabahlı Yolumuz!”
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin,
“Ataya Günorta Ricası”nı – Türkel,
“Ruh üstə” içsəsini – Üstün deyir.

  Ocaq Yükümlüsü Soylu Atalının Mərasim sözü.

  İÇSƏSLƏR:

  • Ruhani İdrak – Amala yetmək, onu yaşatmaq imkanım!
  • Ruhani İdrakı necə yaratmalı, ümumiyyətlə, Ruhani İdrakı yaratmaq nə deməkdir, nəyə nail olmaq mümkündür?
  • Evladları düşündürən suallar varsa, Ocaq Yükümlüsü onları cavablandırır.

 Ruhani hədiyyə varsa, mərasimə təqdim olunur.

 Evladlıq Nişanələri  Yol sözü ilə Ocaq Yükümlüsü tərəfindən Evladlara təqdim olunur.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,

“Atamız var olsun!” səcdəsiylə Mərasimin sonu.

CARLAR

Ata İdrakı – Sabahlı Yolumuz!

Ruhani İdrak – Mütləqilik İmkanı!

 Gedişatı yazdı:  Nurtəkin  Atalı
14 Çiçək ayı, 34-il. Saray-Soylu.

 Qəbul olunur.

 Mütləqə İnam Ocağının 

Yükümlüsü Soylu Atalı

 15 Çiçək Ayı, 34-il. Saray-Soylu. 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir