Xəbərlər

Şəfa Göytəkin. ASİF ATAnın “ÖZÜLLƏR ÖZÜLÜ” kitabını oxumaqla nəyə yetdim?

Hər zaman özümə verdiyim bir sual vardı. Xoşbəxtlik nədir? Çoxları “xoşbəxtlik bir andır” deyir. Bəziləri maddi yaşamın yaxşılıgında, bəziləri əldə etdikləri uğurlarla yüksəlməkdə, bəziləri bir körpə gülüşündə, təbiət gözəlliyində, yaşadığımız bir anlıq fərəh hissində görür xoşbəxtliyi. Bu deyilənlərin önəmli olduğunu danmıram, ancaq mənə görə xoşbəxtlik bir an içində yaşanıb bitəcək bir yaşantı ola bilməz…
Ölüm nədir? – Dərk etməkdə cox çətinlik çəkirdim. Həyatda gündəlik məişət işlərini yoluna qoymaq üçünmü gəlir insan dünyaya?! İnsanın, öldükdən sonra, unudulub yaddaşlardan asanlıqla silinməsi düşüncəsi dünyanı gözümdə mənasızlasdırırdı. Dəfələrlə “mən nə üçün yaşayıram” sualını mənə verdirən, hər dəfə bu sualı özümdən soruşduqda içimi çökdürən qorxulu bir anlayış idi “Ölüm”! Doğrudanmı, bunca yüksək varlıq sayılan insan mənasız yaşamaq üçün gəlir dünyaya, o buna məcburdurmu?! Hər gün eyni şeyləri yaşamaq, sonra da ölüb unudulmaq?! Dinə tapındıgım zaman, əlimdə imkan olsaydı, dinin mənə tanıtdığı Allahdan bunu soruşardım:- Məni bu mənasızlığı yaşamaq üçünmü yaratdın?! Mənə vəd etdiyin “əbədi cənnət”də nə məna var?
Yaşamda bir Məna olmalıdır – yetməli oldugumuz! Elə bir Məna ki bir xoşbəxtliyə çevrilib bütün ömrümüzə sarılsın! Elə bir Məna ki əbədi olmalı, Ölüm onu bitirməməli!
ASİF ATAnın “Özüllər Özülü” kitabını oxuduqdan sonra mən bunu özümə aydınlaşdıra bildim. Belə bir dəyərli cümlə yaddaşıma yazıldı: “Səadət İnsanın İnsaniliyə qovuşmasıdır”. Bu kitab mənə İnsaniliyə qovuşmaq yollarını incəliklərinə qədər izah edir. Bu yolu kecib İnsaniliyə qovuşduqdan sonra xoşbəxtliyin ömrümüzdə var olacağını anladım. Bu xoşbəxtlik məni Əbədiliyə, axtardığım Mənaya qovuşduracaq, mənim nə qədər dəyərli olduğumu göstərəcək! Yalnız İnsanlığa yetməklə Mənalanır Ömür! Yalnız İnsanlıga yetməklə əbədiləşir Ömür! Ölüm zərurət olsa da, o bizi cismən ala bilir. Yetdiyimiz Məna qalacaq, həm də Əbədi olaraq qalacaq! İNSANLIQ – Ölümün məni yox eləyə bilməməsi deməkdir! İnsanlığa qovuşmaq – MƏNAya qovuşmaq, Mənada qalmaq deməkdir!

Yaşasın ASİF ATA!

Tanıdığım gündən ağlımın yoluna İşıq salan SOYLU ATALIya sayğılarımı sunuram!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir