Soylu Atalı (Mütləqə İnam Ocağının Yükümlüsü)
Xəbərlər

Soylu Atalı. İranın Azərbaycan yağılığı

İranın Azərbaycan yağılığı

Bu günlərdə İranın Qum şəhərində yerləşən Əzəm məscidində Ayətullah Məkarim Şirazinin etdiyi çıxış yayımlanıb. Çıxışın məntiqi ilə tanış olandan sonra Yurdumuzun taleyi əhvalımı yenidən ağrıtdı. Bir dövlət nə qədər hədələnər, onun içinə, işinə nə qədər müdaxilələr olar?! Biz Azərbaycan iqtidarının yanlış saydığımız addımlarını tənqid eləməkdən heç vaxt qırağa durmamışıq. Ancaq İran kimi antitürk, antiinsani bir rejimin Azərbaycanı, onun iqtidarını hədələməsinə bir vətəndaş, bir ziyalı olaraq biganə qalmağa heç birimizin haqqı yoxdur. İran insanlığa qarşı həmişə ədalətsiz, qərəzli və antihumanist davranıb. Onu Azərbaycan insanlarının haqqı heç vaxt düşündürməyib, bundan sonra da düşündürməyəcək. O, Azərbaycan iqtidarından hamının İran şiəçiliyinin libasına bürünməsinə şərait yaratmaq umur. Burada aranı qarışdıran əlaltılarına azadlıq tələb edir. Hər kəsin, o cümlədən məktəblilərin Azərbaycanın özünə deyil, İrana bənzəməsinə təminat istəyir. Azərbaycanda məscidlər qapanır deyə həşir qoparır. Halbuki əhalisinin sayı ilə müqayisədə Azərbaycandakı məscidlərin sayı yetərincədir, hətta xeyli artıqdır. Özəllikcə, nəzərə almaq lazımdır ki, məscidlərdə heç də sağlam ibadətlə məşğul olunmur. Əksəriyyəti İran tərəfindən cəhalət mühitinə çevrilir və Azərbaycan dövlətinə qarşı ideoloji şiəçilik formalaşır.

Soylu Atalı (Mütləqə İnam Ocağının Yükümlüsü)
Soylu Atalı (Mütləqə İnam Ocağının Yükümlüsü)

Bu səbəbdən də məscidlərə nəinki geniş imkanlar vermək, onları qapatmaq lazımdır. Azərbaycan gəncliyinin müəyyən kəsimini Qum şəhərinə daşıyıb ruhunu özgələşdirirlər. Orta və yaşlı nəslin əksəriyyətini isə Azərbaycandakı məscidlərində “himayə” edirlər. Qum şəhərində oturub Azərbaycana ultimatum verən gəncliyimizdən hansı gələcəyi gözləyə bilərik?!
Ayətullahlar Azərbaycanı Qəzzafinin taleyi ilə hədələyirlər. Əslində Güney Azərbaycanı zorakı assimilyasiyaya uğratdığına görə biz İranı hədələməliyik. Ancaq İran Güneyə qan uddurduğu bəs deyil, Quzey Azərbaycana da Qəzzafi taleyi vəd edir. Əgər Quzey Azərbaycanda İranın çağırışı ilə ayağa duran olsa, o da məscidlərdəki əlaltıları olacaq…
Bütün bu gedişlər onu göstərir ki, Quzey Azərbaycan öz parasına – Güney Azərbaycana yönəlik milli siyasət yürütməlidir. Azərbaycan dövləti nəhayət həm o Taydakı, həm bu Taydakı insanlarını birləşdirməyi, onlara sahib çıxmağı düşünməlidir!

Atamız var olsun!

 

28 Xəzan Ayı, 33-il.
Saray-S.

AAO

One thought on “Soylu Atalı. İranın Azərbaycan yağılığı

  1. Ayetullah shiraziler heqiqetenmi 35 milyonluq agir bir xalqin haqq sesinin bogduqlarinin ferqinde deyillermi?!Ne qeder abir-heyadan uzaq olasanki,Quzeyimizede hede dolu beyenatlar veresen.Ne qederki ayetullahlarin cavabi layiqince verilmeyib hele cox hedeler esideceyik.Nicatimiz iki xalqi birlesdirib Butov Xalq yaratmaq ve Guneyli soydaslarimizi fars rejiminin teqiblerinden xilas etmekdir.Ve o zaman siraziler huneri catib bizlerin daxili isimize burun soxmalarina son qoyulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir