Xəbərlər

Soylu Atalı. Kədərli müşahidə

Günəşli bir səhər olmasına baxmayaraq, Bakı şəhərində qəribə bir səssizlik hökm sürür. Hələ Bakını bunca donuq görməmişdim. Küçələrdə çox az adamlar gözə dəyir. Olanlarında da baxışlarından qorxunc bir ümidsizlik qaranlığı süzülməkdədir. Hamı ölüm qorxusu ilə boylanır, bir-birindən uzaq durmağa çalışır. Sanki ölümünün qaynağını, nədənini qarşısındakıı insanlarda görür, hürkək davranışlarıyla geriliyi xatırladırlar. Bu, həyatdırmı, ölümdürmü?! Bu soruya cavab vermək çox çətindir. Bioloji tərpənişlərlə öz mövcudluğundan başqa heç nəyi düşünə bilməyən bu kölgəyəbənzər varlıqların yaşamı həyat sayıla bilərmi?! Qaranlıq həyat yarasa taelyini oluşdurur. Həyatın işığı insani münasibətlərdən doğar, o da yoxdur. İndi yaşadığımız zaman yoxluqla varlığın oxşarlığını göstərir. İnsanların yaşamı ölümlə həyatı fərqləndirə bilmirsə, doğub törəməyin anlamı da qalmır. Doğduğunu ölümün ağuşuna buraxmaq xəyanət deyilmi?! Ölümü öldürməyi bacarmayanların dünyaya övlad gətirməsi gerçəkdən xəyanətdir. Ümid qalıb Asif Ata Ocağının işığına. Vay o günə ki, Ocağın bireyləri də ölümün həyatı üstələməsinə göz yumalar…

Bütün bu gedişlərin hamısını yüzillərin cəhaləti hazırlayıb. Toplum yalan üstə yaşadığına görə, onu yönətənlər daim ölüm kabusu hazırlayıblar. Eybəcərliklərə “dur” deməyə, ifşa eləməyə toplumun ağlı, düşüncəsi, ölçüsü olmayıb. Yəni İnsanlaşmayıb, özünə bərabər yaşamayıb. İndi İnsansızlığın, İnsanlaşa bilməməyin faciələrini yaşayır. Ata ona görə deyir: İnsanlaşın, İnsanlaşdırın. Bəşərin qurtuluşu İnsanlaşmaqdadır!

26 Günəş Ayı, 42-ci il.
(mart, 2020)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir