Bu çağa kimi insan haqqında başqa-başqa fikirlər, ideyalar ortaya qoyulubdur. Ancaq bununla belə, insan ən çox bilimin (elmin) subyekti kimi araşdırılıb, bilimin baxışları altında da qiymətləndirilib. Bu halda insanın ruhani mahiyyət daşıması elə də böyük önəm daşımayıb. Sonucda insana yiyə durmaq yerinə onu yönəltmək (idarə etmək) haqqında düşünüblər. İnsan küçümsənilib, suçlandırılıb – basqı altında saxlanılıb. […]
Bu günün qarşısında 4 təhlükə var: İslamçılıq, İqtidarçılıq, Pulçuluq, Xaricilik. Bu günün qarşısında 4 əməl var: İnamçılıq, Xalqçılıq, İnsançılıq, Yurdçuluq. İslam dəyərləri əslində bəndəçilikdir, qismətçilikdir, o dünyaçılıqdır, cənnətçilik-cəhənnəmçilikdir, Yaradan ağalığıdır, itaətçilikdir, cəfəngiyyatçılıqdır. İnsan İslamda (və dinlərin çoxunda) – bəndədir, quldur; islam insanı bəndə kimi dəyərləndirir, əslində dəyərsizləşdirir. İslamda insan aqibəti bütünlüklə Allahdan asılıdır; onun idrakı […]