Xəbərlər

Soylu Atalı. Türk Dünyasının çevrəsində gedən oyunlara qısa bir baxış

Ürəyinizdə Ata Günəşi olsun, sevimli amaldaşlarım.
Bu gün 19 Yağış Ayı, 44-cü il (noyabr, 2022) Günsıramızda sizinlə bəzi rahatsızlıqlarımı paylaşmaq istəyirəm. Hər halda, biz Ocaq olaraq, baxışlarımızı bildirməliyik, deməliyik. Bu bir tarixdir, bu bir faktdır. Güney Azərbaycanla bağlı olduqca rahatsızam. Bizi yenidən oyuna çəkirlər. Məncə Güney Azərbaycan İsrailin, Amerikanın, Böyük Britaniyanın, Ərdoğanın oyunlarına gedir. Mənə elə gəlir, addım-addım Kürdüstan dövlətini yaratmağa yaxınlaşırlar. Burada bəzi nüansları da bildirmək istəyirəm. Amerikanın dövlət başçısı Bayden demişdi, biz İrandakı azərbaycanlıların (Güney Azərbaycanlıların) haqqının yanındayıq. Məncə bu, məsələni qızışdırmaq xarakterli bir jestdir. Mənim qiymətləndirməyim belədir. Ondan qabaq Ərdoğan gəldi, Azərbaycanın işğaldan qurtarılan torpaqlarında durub dedi:  “Arazı ayırdılar, qum ilə doyurdular”. Bu da Güney Azərbaycan məsələsini qızışdıran bir addım idi. (Arxayınlaşdıran bir addım da ola bilər. Son dönəmlər biz hər şeyi qıraqdan gözləyirik). Bunu deyib arxasında durmur, durmayacaq. Eyni halda,İsrailin Azərbaycanın mövqeyində görünməsi,  Azərbaycana savaşda silah-sursat yardım eləməsi, hamısı Orta Doğu Projesinin tələblərindən irəli gələn addımlar, münasibətlərdir.
Ancaq üzdə Ərdoğanın Amerikaya diş qıcaması çox usta başqatmadır. Ərdoğan kimi əqidəsiz, dəngəsiz bir adamın ABD-yə bağırması cahilləri oynatmaqdan başqa bir şey deyil. Bir azdan Ərdoğanın ortaya başqa jestləri çıxacaq, hər addımda ona hansı havanı çalırlarsa, ona da oynayır. Onda da deyəcəklər, başqa sözlə, dedirdəcəklər, Ərdoğan diplomatik manevrlər edir.
Tv çıxışlarımızda mənə sual verdilər, hələ Amerikanın tarixində belə bir şey olmayıb, hansısa dövlət başçısı Amerika dövlət başçısı ilə sərt qonuşsun, buna necə baxırsınız? Mən isə dedim, bunu cəsarət saymıram,Türkiyənin 20 adasını işğal edən Yunanıstana da qıraqdan bağırır, əsgərlərinin başına çuval keçirən İsrailə də qıraqdan bağırır. Siyasətdə bağırmaq adlı cəsarət yoxdur… Bütün bu olayları normal təhlil edən adam görər, bunların hamısı bir-birinə bağlı məsələlərdir. Ərdoğan başlanğıcdan boynuna götürüb, bir neçə yol deyib də, “mən Orta Doğu Projesinin eş başqanıyam”. Orta Doğu Projesi addım-addım gerçəkləşir. Güney Azərbaycanda baş verən olayları biz başlamadıq. Hansısa bir kürd qızının ölümü ilə başladı. İndi əsas güc Güney Azərbaycandır. Güney Azərbaycan ayağa durub. Bundan isə başqa güclər qazana bilər, başqaları yararlana bilər. Ən yaxşı halda, İranda rejimi dəyişib federasiya yarada bilərlər. İranı bütövlükdə Aəzrbaycana vəd edə bilərlər. Quzey Azərbaycanı da İrana qatıb deyə bilərlər ki, İranı Azərbaycana veririk (bunu eləyəsi deyillər, ancaq ən yaxşı hal kimi gözdən keçirək). Ancaq nəyin qarşılığında?! Mənə elə gəlir, Güney Azərbaycanın böyük ərazilərini(indi o ərazilərə kürdləri yerləşdiriblər) Kürdüstan qurmaq üçün alverə çıxara bilərlər.Yəni İraq, Suriya, İran ərazisində (orada İranın ərazisi  yoxdur, Güney Azərbaycan ərazisi var)Kürdüstan dövlətinin yaranması prosesi həyata keçirilə bilər. Əslində Kürdüstan dövləti üzə çıxarılan plandır, məsələ İsrail dövlətinin genişlənməsi planıdır. Kürdüstan-filan sabah hamısı olacaq İsrail. Kürdlərin elə bir gücü, elə dəyəri, mədəniyyəti, siyasi doktrinaları yoxdur ki, dövlət kimi dünya düzəninə çıxsınlar. Sadəcə bölgədə yaşayan bir toplum olaraq, sayları var, bu sayla dış güclərin məqsədlərinə yarayırlar. Türkiyənin içində qarışıqlıq yaratmaq, ərəblərin içində qarışıqlıq yaratmaq, İranın içində qarışıqlıq yaratmaq üçün kürdlər çox yaxşı bir araçdırlar. Kürdlər oyuna gəldiklərinin ayrımında deyillər. Olsalar da heç nə eləyə bilmirlər.
Doğrusu, buna görə gərginəm, olduqca rahatsızam. Nə yazıqlar, proseslər bizim arzulamadığımız səmtə doğru gedir. Ərdoğan qarşısına qoyulan öhdəlikləri yaxşı yerinə yetirir. Ərdoğan həm də Rusiyanın parçalanmasının, bölünməsinin qarşısını alır. Ukrayna savaşında bütün dünya Rusiyaya qarşı çıxdığı halda, (guya) Ərdoğan Rusiyaya nəfəslik verir. Sabah göstəriş verilsə Rusiyaya şillə vur, Ərdoğan onu da edəcək. Baxın, hər bir yanaşma Amerikanın gözünün qabağında baş verir, ancaq buna səsini çıxarmır, heç nə demir. Ərdoğanın xətrinə dəymir. Halbuki Ərdoğan Amerikanın, İsrailin, Böyük Britaniyanın əlinə oynamasaydı, çoxdan Türkiyədə demokratik inqilab edib Ərdoğanı devirərdilər.  Tərsinə, mənə elə gəlir, növbəti seçkidə də (2023-ün mayına planlaşdırırlar) Ərdoğana dəstək verəcəklər. Məncə Ərdoğan Rusiyanı ona görə qoruyur ki, Rusiya parçalanmasın. Rusiya parçalanarsa Türk dünyasında böyük dəyişikliklər gedə bilər. Burada Çinin rolu birə-beş artar. Bu gün Ərdoğan həm də, Çinin genişlənmə olanaqlarına qarşı qullanılır. Bu yanda da Dünya Yönətimindən qıraqda Türk Birliyin formalaşması getməsin. Türk Birliyinin formalaşması Böyük Britaniyanın, İsrailin, Amerikanın istəyinə uyğun gedir. Guya Turan yaradırlar. Türk dövlətlərinin bir araya gəlməsi filan hamısı üzdə olan proseslərdir. Dərinə işləməyən, kövrək proseslərdir. İstənilən vaxt bu proses dayana da bilər, geriyə də gedə bilər, məhv də ola bilər. Ən başlıcası, hələ ki proseslər, oyunlar ABD-İsrail-Böyük Britaniya üçlüyünün planlarına uyğun şəkildə gedir. Yəni Orta Doğu Projesinin planlarına uyğun. Olaylar bizim xeyrimizə getmir.
Atamız Var olsun!

(Səsdən yazıya çevrilib)
Yağış Ayı, 44-cü il.
(noyabr, 2022).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir