Xəbərlər

Soylu Atalı. Türkiyə yağını yaxasından düşürməlidir

Türkiyənin cümhuriyyətçilik tarixində söyüş, təhqir siyasəti olmamışdır. Az-çox bu tarixi izləyənlər, araşdıranlar bunu bilirlər. Ərdoğan Türkiyə dövlətinin başına gələndən sonra hər cür söyüş, təhqir, hədə, ayrı-seçkilik birbaşa dövlət siyasətinə çevrilmişdir. (Bunları görməmək üçün qəflətin ən qatı yerində durmalısan). Hər kəsə, hər bir olaya öz çıxarlarından yanaşmaq, tənqidə qarşı kin bəsləmək, nifrət sərgiləmək adi hal olmuşdur. Normal siyasi mübarizə apara bilməyən, doğruları eşitmək istəməyən, topluma hesab verməyi özünə sığışdırmayan bir adamın dövlət başında durmasından daha qorxulu nə ola bilər?! Televiziya ekranlarında ağlamaqla, hər addımda “məni qandırdılar” deməklə oyunlarının üstünə pərdə çəkmək türk xislətinə, türk yönəticiliyinə uyğun deyil. Min illər tarixi olan bir xalq dövlətini, ləyaqətini aldanan, aldadılan bir adama necə güvənib tapşıra bilər?! Ərdoğan öz hakimiyyətini möhkəmlətmək üçün bir neçə özəl əməliyyat keçirmişdir. “Bayloz”, “Ergenekon” əməliyyatları ilə Türkiyənin bel sütununu sındırmışdır. Millətsevər, cəsarətli, hünərvər türk insanlarını şantaj, ləkələmə, böhtanlama, şərləmə yolu ilə sıradan çıxarmışdır. Bacarıqlı, işgüzar insanları sıxışdırıb Türkiyədən uzaqlaşdırmışdır. Onların yerinə oğru, rüşvətxor, talançı, biliksiz, yetənəksiz adamları doldurmuşdur (biz bunu deprem dönəmində bir daha izlədik).

Üzündə din saqqalı daşıyıb, içində, əməlində vicdansızlıq, allahsızlıq bəsləyən imam xatiblərini Türkiyənin bir çox strukturlarında görəvlərə gətirmişdir. “Darbe girişimi” adı altında minlərcə insanlara, o sıradan öyrətmənlərə, Atatürkçü bilim adamlarına “fetoçu” damğası vurub görəvlərindən uzaqlaşdırmışdır. Minlərlə insanı “fetoya qulluq edir” böhtanı ilə zindanlara doldurmuşdur. Bu gün də ona müxalif baxış bildirənlərə fetoçu, PKK-lı adı qoyub şərləməkdə, ləkələməkdə davam edir. Ərdoğanın Türkiyəyə, Türklüyə açıq-aydın yağı olduğu danılmaz bir həqiqətdir.
…Dünyanın hər yerində fantastik əyləncələr, gözbağlayıcılıqlar mövcuddur. Bilə-bilə ki, bir insanı iki yerə bölsən ölər, yenə də bir insanın guya iki yerə bölünməsinə heyrət edənlər çoxluq təşkil edir. Nə yazıqlar ki, insanın belə şeylərə ehtiyacı yaranır. Belə şeylərdən pul qazanıb baş saxlayanlar var. Bununla belə, çörəyi zəhmətdən deyil, oyunbazlıqlardan çıxaranları hardasa anlamaq olar. Ancaq dövləti gözbağlayıcılıqlarla, oyunbazlıqlarla yönətib talançılıq eləmək cinayətdir. Kütlənin dolanışığı normal olan təbəqəsi bu cinayətə ortaq olur. Bir də analitik təfəkkürü zəif olan kütlə bilmədən, anlamadan bu cinayətə ortaq olur. Oyunbazlar isə kütləni ayıltmağa deyil, onu daha da qaranlığa bürüməyə çalışırlar. Bununla da, xalqın gələcəyi məhvə doğru sürüklənir. Budur, Ərdoğanın Türkiyə üçün yaratdığı tale. Onun rejimi, ağır həyat ortamından əziyyət çəkdikləri üçün, Türkiyədə dəyişiklik istəyən insanları Dış Güclərin agentura şəbəkəsi adlandırır. Ölkədə nə qədər sorunlar var, hamısını onların boynuna yükləməyə çalışır. Elə görüntü yaradır, guya Dış Güclər olmasaydı, bu rejim Türkiyəni ağ günə çıxarardı… Biz Dış Güclərin əngəllərini gözardı eləmirik. Ancaq 85 milyonluq xalqa ədalət verib, Dış Güclərə uğurlu dirəniş göstərə bilməyə isə daha çox inanırıq. Bunu isə türk yağısı Ərdoğan eləmir. Eləməz də…

Tükiyəni son 20 ildə İranın durumuna gətirdi. İranda molla rejiminin Azərbaycan türklərinə tutduğu divanı Ərdoğan Türkiyə türklərinə tutur.
Artıq oyanmaq çağıdır – Yağını, şəri tanımaq, ona yerini göstərmək gərəkdir.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

29 Çiçək Ayı, 45-ci il. Atakənd.
(aprel, 2023. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir