Xəbərlər

Soylu Atalı. Türkiyənin yeni dönəmi ən pis köhnəlik olacaq

Elə düşünürlər Türkiyə yeni gəlişmiş bir dönəmə girir. (Bizə görə Türkiyə köhnə dönəmini ən pis bir düzeydə sürünməyə davam edəcək). Niyə belə düşündüklərinə qısaca bir baxış sərgiləyək. Əslində bu düşüncə Ərdoğanın televiziya ekranlarındakı çıxışlarından, mənimsənilən, qullanılan onlarla televiziyaların, basın orqanlarının propaqandalarından qaynaqlanır.
Ərdoğanın heç vaxt gerçəkləşməyən, onun xarakterinə görə gerçəkləşməsi olumsuz olan yuxugətirici nəzəriyyəsi ard-arda fəlakətlər yaşayan Türkiyəni gerçək anlamda iki yerə bölübdür. Bu bölgülərdən biri, Ərdoğanın yüksək bağırtılarına dayanıb, onu dünyaya meydan oxuyan bir qəhrəman kimi görür. Qarşı düşərgənin bunu görməyəcək qədər “kor” olduğuna yanıb- yaxılır.
Son 20 ildə Yunanıstan Türkiyəyə özgün olan 20 adanı işğal edib. Ərdoğan bu işğala qarşı televiziya ekranından yüksək bağırtılarla qarşılıq verir: “Sizin adaları işğal etməniz bizi bağlamaz” (ilgiləndirməz-S.A.). Adam Türkiyə dövlətinin başında durur, Türkiyənin işğal olunması məni ilgiləndirməz deyir. Ancaq bunu çığıra-çığıra deyir. Toplumun yandaş kəsimi isə bu çığırtıdan vəcdə gəlib Ərdoğanı dünya lideri sayır.
2016-cı ildən Türkiyə ərazilərində Ərdoğan doğal qaz “kəşf edir”, toplumu xəyallar dünyasında “bolluq” içinə atır. Ortada bir şey olmadığı halda, yandaş kəsim qəhrəman, yenilməz bir “dünya lideri”ni görmək istəməyənləri kor sayır.
Türkiyə 466 milyard borcun 200 milyard dollarını bu ilin içində qaçılmaz olaraq ödəməlidir. Ancaq ortada heç nə yoxdur,  yenə də yandaş kəsimin “dünya lideri”ni alqışlamasından qulaqlar tutulur.
Türkiyə Milli Bankının ehtiyat fondu mənfi 70 milyard dolların altına düşüb, yandaş kəsim toy-bayram şənliyi düzənləyir.
Türkiyə 13 milyon köçkünün üzündən iqtisadi uçuruma yuvarlanıb, “dünya lideri”nə sevgi melodiyaları bəstələnir.
Türkiyədə heç yerdə olmayan gərgin seçki sürəci yaşandı. Bunun  adını demokrasi qoydular. Bütün dünyaya seçki örnəyi verildiyini bağırdılar. Bir sıra əyalətlərdə jandarma maşınlarının saatlarla bülleten paylamalarını, imam xatiblərin silahlanmaq çağırışlarını, bir sıra sandıq başındakı görəvlilərin hədələnməsini, döyülməsini, 2,5 milyon suriyalılara, əfqanlara qanunsuz vətəndaşlıq verib, süni səs çoxluğu yaradılmasını demokrasinin ayağına yazdılar.
Dövlətin bütün olanaqlarını qullanıb qarapiyarçılıqla uğraşmaq,  böhtanlarla, yalanlarla, şantajlarla insanları basqı altında tutmaq “dünya lideri” nin yüksək siyasi bacarığı kimi dəyərləndirilərək mömin bir obraz yaratdılar. Oğru, quldur, yolsuzluqla uğraşan, Türkiyəni sömürən bir çetenin yenidən hakimiyyəti zəbt eləməsini türklüyün qurtuluşu kimi dəyərləndirdilər.
Bütün bunlar Türkiyədə din cəhalətinin ən yüksək düzeydə gəlişərək siyasi cəhalət ortamına çevrilməsinin göstəriciləridir. Vədlər, yalanlar bolluğu ilə qidalanan bir toplumun gələcəyi möhtəşəm qaranlıqlar boşluğuna yürüməkdədir. Bunu görməyənlər görənlərə kor deyirlər. Eşitməyənlər eşidənlərə kar deyirlər. Ancaq kimin kimə nə deməsindən asılı olmayaraq, nə “Zəngəzur dəhlizi” eyforiyası, nə “Turan Birliyi” qışqırtmaları, nə “İHA-SİHA ölkəsinə çevrilən Türkiyə” propaqandaları bundan sonra nə Ərdoğanı, nə də Türkiyəni xilas edə bilməz. Nə qədər ki, Ərdoğan Türkiyəni din cəhaləti qaranlığına göməcək, türklüyün rahat nəfəs alması, gəlişməsi söz qonusu ola bilməz. Ərdoğan dini dövlət siyasətinə gətirməklə türklüyün belini qırdı. Türklük – Ərdoğanı, özünə siyasi alət elədiyi din ilə birgə, gömməyi düşünməlidir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

5 Şölə Ayı, 45- ci il. Atakənd.
(iyun, 2023.Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir